Tahmini Okuma Süresi:
11 sa. 40 dk.
Sayfa Sayısı:
412
Basım Tarihi:
1993
Yayınevi:
Qanun Nəşriyyatı
Ülke:
Azerbaycan
Dil:
Azerbaycanca
Format:
Karton kapak
Sıralamalar
Reklam

Yorumlar ve İncelemeler

8/10
·412 syf.··
Beğendi
·
2020 2. kitabı
Dedektiv janrda yazılan bu kitab KGB-nin arxiv sənədləri əsasında yazılmış ilk belə Azərbaycan əsəri idi. Əsər ümumiyyətlə çox maraqlı və sadə bir dillə yazılmışdır. Əsər XX əsr Azərbaycandakı qanunun keşiyində dayanan mühafizə orqanın əməkdaşları ilə cinayətkarlar arasında mübarizədən bəhs edir. Əsərdə yalnız şərəfli peşəsini ləyaqətlə xidmət edən Polis əməkdaşları ilə yanaşı öz rifahlarını xalqın rifahından üstün tutan şərəfli peşəsinə xələl gətirən, səriştəsiz, rüşvətxor polis əməkdaşlarına da rast gəlmək mümkündür. Bunu da dövrümüz cəmiyyəti üçün çox böyük problemlərindən sayıldığı üçün əsərin sonu əziz oxucular üçün zənnimcə çox maraqlı olacaqdır. Bundan əlavə əsərin XX əsrdə gözəl Bakımızla tanış olmaq üçün bir nömrəli vasitə olduğu desəm yanılmaram deyə düşünürəm. Həmçinin burada ermənilərin Bakının ən gözəl yerlərində özlərinə məskən qurub, öz bazarlarının öz qəbristanlarını yaratmasına baxmayaraq öz çirkin xislətlərindən əl çəkmərək cinayətlər törətdiyini də qeyd etmədən keçə bilməyəcəm. Ümumiyyətlə çox maraqlı əsər olduğunu detektiv sevərlərin isə mütləq nəzər yetirmələrini şiddətlə tövsiyyə edirəm.
1000Kitap
Qara VolqaCəmşid Əmirov · Qanun Nəşriyyatı · 1993360 okunma
8/10
·412 syf.··
Beğendi
·
2021 1. kitabı
Əsərdə ilk və son hadisələr mükəmməl inteqrasiya olunur. Oxucunun həvəsini artırır bununlada siz romanı çox qısa müddətdə bitirsiniz. Bundan əlavə XX əsr Azərbaycanı mükəmməl təsvir olunubdur, məkanların verilən dəqiq adları XX əsr əhval-ruhiyyəsini tam hiss etdirir. Bir Cəmşid Əmirov klassikası. Cəmşid Əmirov
Dedektiflik ve Gizem
Qara VolqaCəmşid Əmirov · Qanun Nəşriyyatı · 1993360 okunma
8/10
·412 syf.··
2023 6. kitabı
·
12 günde okudu
·
Okunma: 24 Mart 2023 19:59
Detektiv sevər olaraq Azərbaycanın ilk detektiv əsərini oxumaq mənim üçün böyük məmnuniyyət oldu. Kitabda məsum gənclərin hansı şəraitdə oğurluq və cinayət aləminə yönəldiyini, atanın qız övladının gələcəyindəki mənfi rolunu, bir qızın özü də bilmədən necə maddə asılısına çevrildiyini görə bilərik. Bu kitab mənə Bakının başqa üzünü göstərdi. Hər kitabda olduğu kimi bu kitabda da həyata baxışımda yeni bir pəncərə açıldı. Nəhayət, verdiyi dərs isə polis işçilərinin tək rolunun cinayətkarları yaxalamaq deyil, onların həyatlarına toxuna biləcəkləridir.
Qara VolqaCəmşid Əmirov · Qanun Nəşriyyatı · 1993360 okunma
10/10
·412 syf.··
Beğendi
·
2020 18. kitabı
·
5 günde okudu
·
Okunma: 02 Ağustos 2020 03:44
Sağlığında "Sahil əməliyyatı", "Brilyant məsələsi", "Qara Volqa", "Şəhər yatarkən" adlı cəmi dörd kitabı çap olunub və bu əsərləri ilə, o, milli ədəbiyyatımızda dedektiv üslubun yaradıcısı haqqını qazanıb. Bu kitabların içərisində ən çox axtarılanı, oxumağa köhnəlməyəni sirli oğru aləmindən, milisin oğrularla mübarizəsindən bəhs edən "Qara Volqa"dır. “Qara Volqa" romanı Azərbaycan detektiv ədəbiyyatının ilk və ən parlaq nümunələrindən biridir. Əslində bu əsər yazıçı Cəmşid Əmirovun bir müddət əvvəl yazdığı "Brilliant məsələsi" romanının davamıdır. Doğrudur, kitablarda baş verən hadisələr müxtəlifdir. Ancaq cinayətkar qruplara qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının nümayəndələri, təxminən eyni adamlardır. Onu da deyim ki, sovet dövründə bu kitab çapından az sonra qadağan olunub, kitabxanalardan, evlərdən yığışdırılıb. Guya kitab cinayətlərin, oğurluq hallarının artmasına təkan verirmiş. Nəhayət, müstəqillik dövründən sonra "Qara Volqa" yenidən kütləvi şəkildə oxucuların ixtiyarına verilib. 1994-cü ildə onun əsəri əsasında "Qara Volqa" filmi ekranlaşdırılıb. Filmin məsləhətçisi Cəmşid Əmirovun oğlu Çingiz Əmirov olub.
Qara VolqaCəmşid Əmirov · Qanun Nəşriyyatı · 1993360 okunma
10/10
·412 syf.··
Beğendi
·
2022 25. kitabı
Çox maraqlı kitabdır. " Kaş əvvəldən oxuyardım" düşüncəsi formalaşdırdı məndə. Cəmşid Əmirov - Qara Volqa. Cəmşid Əmirovun “Brilyant məsələsi” və “Qara Volqa” kitabları 60-cı illərdə yazılmış və oxucuların böyük marağına səbəb olmuşdur. Yazıçının “Qara Volqa“ əsəri Azərbaycanda cinayətkar qrupun törətdiyi saysız-hesabsız cinayətlərdən və nəhayət, hüquq-mühafizə or­qan­ları tərəfindən aşkarlanmasından bəhs edir. Bu və ya bir çox başqa məziyyətlər "Qara Volqa"nı dövrünün ən maraqlı əsərlərindən birinə çevirdi. Kitabın bir müddət sonra qeyri-rəsmi şəkildə qadağan olunması isə ona qarşı marağı ikiqat artırdı.  Sonralar "Qara Volqa" yüksək tirajlarla yenidən çap edildi. 1994-cü ildə isə əsərin motivləri əsasında eyniadlı tammetrajlı bədii film çəkildi. 
Qara VolqaCəmşid Əmirov · Qanun Nəşriyyatı · 1993360 okunma
10/10
·412 syf.··
Beğendi
·
2024 2. kitabı
·
12 günde okudu
·
Okunma: 09 Mart 2024 14:22
- Zərrə qədər də peşman olmadım oxumağa. Mütaliə zamanı cümlələr, fikirlər su kimi axdı getdi. Çox bəyəndim bu əsəri. Azərbaycanda ilk dəfə yazılan dedektiv əsərdir.Ən əsası isə söz bazamın nə qədər inkişaf etdiyini hiss etdim.Bir peşmançılığım o oldu ki, bu qədər gec vaxda oxudum. Yazarın növbəti əsərlərinədə məmuniyyətlə şans verəcəm.Əsərdə isə əsas mövzu kriminal aləmin qəddar, yırtıcı cinayətkarlarından, kasıb yeniyetmə oğlanların aldadılaraq oğurluq sahəsinə çəkilməsi, lovğa, pulgir ataların öz qızlarına düzgün tərbiyə verməyib gələcəkdə əyri yollara düşməsi və işinin peşəkarı olan polis işçilərinin böyük məharətlə onları ifşa etməsi öz əksini tapmışdır. Eyni zamanda XX əsrdə köhnə Bakının müxtəlif yerlərinin adının çəkilməsi məndə nostalji hisslər yaratdı. Xoş mütailələr...
1000Kitap
Qara VolqaCəmşid Əmirov · Qanun Nəşriyyatı · 1993360 okunma
Puan vermedi·412 syf.··
2022 25. kitabı
·
4 günde okudu
·
Okunma: 06 Mart 2022 20:23
Milis orqanlarının əsas qüvvət mənbəyi onun xalqla əlaqəsindədir. Sabahınız xeyrli ve uğurlu olsun dostlar. Ümid edirem, oğlanlar üçün tam da mükemmel gündür bugün. Men ise sizlere kitab tehllili ile gelmişem. ️Cemşid Emirov Qara Volqa Milli edebiyyatımızda xüsusi yeri olan, kitabı elimde gören her kesin "sen hele indi oxuyursan" dediyi eseri çox beyenmesem de, beyendim. Bir mağaza müdirinin evinin soyulması ile başlayan, bu soyğunla birlikde Azerbaycanın polis orqanlarındakı boşluğu, gördüyümüzün eksine, "çirkli" perdearxasını açıq aşkar ortaya qoyan kitab eslinde tam da detektiv sayılmır. Ancaq Ərəstun Əsgərovun ağlına belə gəlmirdi ki, məhz milis zabiti olduğu üçün sadəlik, təvazökarlıq, insanpərvərlik, qayğıkeşlik, zəhmətkeşlərin mənafeyi naminə fədakarlıq, mərdlik və igidlik sifətlərini özündə tərbiyə etməlidir. Kitabda özbaşınalığın, rüşvetxorluğun baş alıb getdiyi polis orqanlarındaki "çürük almalar"ın işinin peşekarları terefinden temizlenmesinden, bu sahede gözardı edilen qadınların peşekarlığından, düşdüyü çetin veziyyetlerden, "kişi" neslinin nümayendeleriyle mübarizesinden geniş behs edilir. #kitab #kitap #book #cemsidemirov #qaravolqa
Qara VolqaCəmşid Əmirov · Qanun Nəşriyyatı · 1993360 okunma
Sovetlərin qorxduğu roman
Puan vermedi·412 syf.··
2025 8. kitabı
·
26 saatte okudu
·
Okunma: 26 Haziran 2025 00:51
Yaşadığım sovet dövrü boyunca bu kitabı hər zaman alıb oxumaq istəmişdim.O zamanlar gənclər arasında bu riman çox məhşur idi.Çünki, sovet dövrü kitap çox az nüsxə buraxılmışdı və sonradan kitapın satışı və alışı qadağan olundu.Açıq-aşkar sovet ideologiyasınln etdiyi bir şeylərdən biridir bunu ermək.Çünki, oxuduqda anladım kı, xalqın gözünün açılmaslnı istəmirlər.Buna görə hər zaman kitanları və medyanı öz təsiri altında saxlaylrlar.Hətta insanlarln xəbər duymması üçün ölklələrlə sərhədləri belə bağlayırdı Sovetlər birliyi.Bu kitap isə Bakıda keçir və Bakıda baş verən bəzi qəribə qorxuducu hadisələrə yer verir.Sovet ideologiyasıda əlbbətə buni istəməyəcəkdi.Çünki,insanlar hər zaman öz yurdlarını gözəl şəkildə tanltmaq istəyiblər.Amma realla acıdır nə edək.Bu romanda o reallıqlardn bəhs edir.Amma bu gün xoşbıxtəm ki, uzun aradan sonra bu kitabı əlimə düşdü və oxudum .Bu kitapın sadəcə dedrktivlik romanı deyil.Sovet imperyasınln gərçək üzünü göstərən bir roman olaraqda tanıdım.
Qara VolqaCəmşid Əmirov · Qanun Nəşriyyatı · 1993360 okunma
Puan vermedi·412 syf.··
2025 10. kitabı
Azərbaycanın ilk detektiv janrında yazılmış əsərlərindən biri olan Qara Volqa əsərini hər kəsə tövsiyə edərəm. Gerçəkdə baş verən bir hadisədən götürülüb yazılmış əsər hər kəsin diqqətini cəlb etmişdir.
Qara VolqaCəmşid Əmirov · Qanun Nəşriyyatı · 1993360 okunma
7/10
·412 syf.··
2025 9. kitabı
·
13 günde okudu
·
Okunma: 30 Mayıs 2025 00:00
Həkayənin əvvəli yaxşı başlayır,milis işçiləri və banda üzvləri arasında maraqlı söhbətlər gedir,ləhçə ilə və jarqonla deyilən sözlər,çirkli əməlləri olan milislər və s. bir sözlə kriminal görüntüsü əmələ gəlir.Ancağ ortalardan başlayaraq heç aidiyyatı olmayan söhbətlər gedir,kriminal qalıb qırağda neçə nəfər adam bir qızın dalınca düşüblər və söhbət uzandıqca uzanır.Romanın demək olar yarısı bu mövzuya həsr olunur, axırlarında yenə məsələ bandaya qayıdır ancağ yola verdi şəkildə hərşey tez bazar həll olunur və "xoşbəxt sonluq".Debüt əsərləri həmişə yaxşı olur deyə gözləntim də buna uyğun idi.Üstəlik kitabda hərf səhvləri də az deyildi,bu məsələ artıq nəşriyyatın problemidir
Qara VolqaCəmşid Əmirov · Qanun Nəşriyyatı · 1993360 okunma

Yazar Hakkında

Cəmşid ƏmirovYazar · 4 kitap
Jamshid Amirov, 10 Şubat 1918'de Azerbaycan'ın Nahçıvan kentinde doğdu. Ortaokuldan mezun oldu ve M. Azizbayov (1034) ismini alan Azerbaycan Sanayi Enstitüsüne girdi ve cumhuriyet gazetelerinde çalıştı. Enstitüden son bir yıl ayrıldığı için uzmanlık alanı üzerinde çalışmak istemedi (mühendis-jeolog). "Azerbaycan Sporcusu" gazetesinde sorumlu kitap (1937-1940), "Genç İşçi" gazetesinde bölüm şefi (1940-1941), "Bolşevik petrol" gazetesinden sorumlu sekreter (1941) Azizbeyovneft Vakfı'nda (Mayıs-Aralık 1941) mühendis-jeolog olarak çalıştı. İkinci Dünya Savaşı'nda, Sovyet Ordusunun önünde bir subay olarak, Almanya, Polonya, Çekoslovakya, Avusturya ve Çin'deydi. Ordudan sınır dışı edildikten sonra "Amustral" balıkçı teknesinin yapımında aktif rol aldı. Daha sonra "Azerbaycan Gençlik" gazetesinde bölüm başkanı, "Sovyet Ticaret" (Moskova) gazetesinde özel direktör, Azneftnəşr baş editörü, "Azerbaycan petrol ekonomisi" dergisinde editör yardımcısı, "Bakü" gazetesinde bölüm şefi olarak çalıştı. Bir süre Bakü Finans ve Kredi Teknik Koleji (1969-1972) direktörlüğünü yaptı, sonra emekli oldu. "İç Savaş" (I derece), "Kızıl Yıldız" emirlerine "Savaşta Farklılık", "Satın Alma Körichsbergin" ve "Japonya'ya karşı zafer" verildi. Edebi yaratıcılık 1940'larda kompozisyon, filetonlar ve hikayelerle başladı. İlk basın açıklaması olan "Minutes, Seconds ..." 28 Ağustos 1946 sayısında "Azerbaycan Gençlik" gazetesinde yayınlandı. 29 Aralık 1982'de öldü.