Kitablar bizə göz, qulaq olar. Əlimizdən tutar. Bizi bilmədiyimiz iqlimlər, eşitmədiyimiz səslər, görmədiyimiz rənglər, dadmadığımız duyğular və hekayəsi olan insanlarla tanış edər.
Könlüm səndən dönən deyil
Gəlmir, xoşuna gəlməsin.
Mən sevirəm qədrimi bil
Nadan tuşuna gəlməsin.
İncit, necə istər kefin
Əzabıma baxıb sevin.
Ölsəm, ağla qoy heyfin
O göz yaşına gəlməsin.
Talehimin üzü sərtdir
Eşqindən dönən namərddir.
Unudulmaq yaman dərddir
Gülüm başına gəlməsin.
Ey Vətən oğlu, düşün, bil ki, sənindir bu Vətən,
Sabahın, həm bu günün, həm dünənindir bu Vətən.
Sənin öz dövlətin, öz millətin, öz cəddin var,
Vətən uğrunda ölənlər ölümündən doğular.