Nuruzadə Nicat

Nuruzadə Nicat
@Nicat_283
Kitablar bizə göz, qulaq olar. Əlimizdən tutar. Bizi bilmədiyimiz iqlimlər, eşitmədiyimiz səslər, görmədiyimiz rənglər, dadmadığımız duyğular və hekayəsi olan insanlarla tanış edər.
352 syf.
8/10 puan verdi
·
Beğendi
Kitab oxumağa başladığım gündən bəri heç sevməmişəmdir psixoloji janrındakı əsərləri amma bir tərəfimdə həmişə maraq olmuşdur bu kitablara qarşı. Onun üçündür bəlkə də səhifəmdəki əsərlərin bir çoxunun ya psixoloji əsər olması və ya psixologiyaya az da olsa bağlılığı olması. Hər nəysə əsər haqda fikirlərimə gəlincə isə : Belə ki, əsəri bir çox oxucu kimi mən də kinosuna baxdıqdan sonra almağa qərar vermişdim. (Demək olar ki, son aylarda psixoloji janırda yazılan əsərlərin əsasında çəkilən kino və filmlər artıq yüksək bir artım göstərib)Sonra isə vaxt azlığından oxumadan qaldı evin bir kənarında. Kitabın özü ilə kinosu arasında fərqliliklər olsa da(bu da olduqca normal haldır, zənnimcə) çox maraqlı və bir o qədər yorucu olmayan axıcı dillə yazılmış bir əsər idi. Oxuduğum kitablarda özümə qəhrəman seçmək kimi bir halı özümə adət halı almış biri olaraq bu əsərdə demək olar ki, sadəcə adı olan özü haqda sadəcə digər personajların dilindən məlumat aldığımız Sedat xarakteri məni özünə cəzb etdi. Özünü atıb gedən bir xanımı qoruyub qollaması, hər daim onun yanında olması, və ən əsası uşaq vaxtı yaşadıqları bu personajın məndə dərin izlər buraxmasına gətirib çıxardı. Özünüzdən mütləq bir şeylər tapacağınız, psixoloji janırını sevənlər üçün əla bir kitab seçimi olan bu əsəri (şiddətlə olmasa da :) )bütün oxucuların oxumasını tövsiyyə edirəm. İndidən xoş mütaliələr.
Camdaki Kız
Camdaki KızGülseren Budayıcıoğlu · Doğan Kitap · 201925,1bin okunma
Reklam
258 syf.
·
Puan vermedi
Bu gün C. Londonun "Beyaz Diş" əsəri haqda yazacağam. Əvvəlcə, yazıçı haqda bir -iki kəlmə də olsa bildirmək lazımdırsa əgər yazıçı qələmə aldığı "Martin İden" əsərini oxuduqdan sonra C.Londana qarşı heyranlığım olduqca artdı. "Beyaz Diş" əsərinə gəldikdə isə əsərlərin yorucu bir az da sıxıcı formada irəliləməsi məni həmişə bu əsəri oxumaqdan çəkindirirdi. Ki, buna görə də bir neçə aydan bəri idi ki, bu əsəri oxumurdum amma artıq zamanının gəldiyini hiss etdim və oxudum. Əvvəlcə onu deyim ki, Martin İdendən fərqli olaraq daha sadə dildə yazılmış oxuyarkən qram sıxılmadığım bir əsəri idi. Bu bəlkə də içimdə heyvanlara duyduğum sonsuz sevgidən qaynaqlandı :) Boş vaxtlarınızı dəyərləndirə biləcəyiniz, hər kəsin çox sevəcəyinə şüphə etmədiyim əla bir əsər idi.
Beyaz Diş
Beyaz DişJack London · Türkiye İş Bankası Kültür Yayınları · 202080,2bin okunma
336 syf.
·
Puan vermedi
·
Beğendi
"Heç bir şey qeyri -mümkünlük qədər təhlükəli ola bilməz!" V. Hüqo Əsəri alıb hər kəsin oxumasını tövsiyyə edirəm, məişət dilində yazılmış içinə elmi terminlər əlavə edilmiş Mark Levy "nin böyüklüyünə yaraşacaq tam mənasında möhtəşəm bir əsər idi. Əslində tam fərqli formada yazılmış oxuyacağım sırada iki əsər daha var idi. Yalnız adı, üz qabığı və ən nəhayətində içərisindəki qeydlərlə məni öz xəyal dünyasına yenə cəlb etməyi bacardı, cənab M.Levi. Üç gənc -bir qızı sevən iki oğlan, sevginin necə böyük gücə malik olması, elmin necə böyük bir okean olması və biz insanların bu okeanın sadəcə kiçik bir hissəsi ilə tanışlığımız başqa sözlə desək hələ kəşf edilməli bir çox şeydən məlumatsız olmağımız məni bir az qorxutsa da yazıçının təxəyyülü məni özünə yenə heyran qoymağı bacardı. Sonda onu da qeyd edim ki : "Əslində həyatımızdakı ən böyük xoşbəxtliklər, bizə kiçik görünən anların içərisində gizlidir."
Üfüqün əks tərəfi
Üfüqün əks tərəfiMarc Levy · Qanun nəşriyyatı · 2018252 okunma

Okur Takip Önerileri

Tümünü Gör
256 syf.
10/10 puan verdi
·
Beğendi
·
6 günde okudu
Əslində bu kitabı bir neçə həftə əvvəl oxuyub bitmişdim, amma 1K da tapa bilmədiyim üçün nə incələmə paylaşa bilirdim nə də ki alıntı. 1 K -ya problemi bildirdikdən sonra onlarda kitabı əlavə etdilər. İndi keçək kitab haqqında fikirlərimə..... Bu tarixi roman F. Kərimzadənin ən sevdiklərim sırasındadır. Əsərdə söhbət XIII -XIV əsrlərdə ki Azərbaycanın vəziyyətindən gedir. Bildiyiniz kimi bu dövrdə Azərbaycan Monqolların işğalı altında qalmışdı. Əslində təkcə Azərbaycan deyil müxtəlif dövlətlər də monqol zülmlərindən əziyyət çəkmişdir. Əsərin əsas qəhrəmanlarından biri olan Əmir Çoban Sulduz qəbiləsindən vətənini xalqını sevən onun dirliyi və birliyi uğrunda mübarizə aparan görkəmli tarixi şəxsiyyətdir. Əsərdə Əmir Çobanla yanaşı, tarixi şəxsiyyətlər olan Hülaki Hökmdarı Bahadur Əbu səiddən də söhbət açılır. Həmçinin tarixi- romanda bu dövrdə yaşamış və Şah İsmayılın 7 -ci babası olan Şeyx Səfiyyəddin İsaq haqqında da məlumata rast gəlmək mümkündür. F. Kərimzadə monqoların tarixi onların adət - ənənələri haqqında məlumatları isə XIV əsrdə yaşamış görkəmli alim, tarixçi, həkim və vəzir olan F. Rəşidəddinin "Came ət - təvarix"əsərində qeyd edilənlərə istinadən qələmə almışdır. Hər nə qədər tarixi hadisələrlə geniş olsa da sadə yazılışı ilə hər bir oxucuda maraq yaradacaq bir romandır :)
Təbriz Namusu
Təbriz NamusuFərman Kərimzadə · Kitab Klubu Nəşriyyatı · 201717 okunma
442 syf.
·
Puan vermedi
·
7 günde okudu
Azərbaycan Tarixi ilə maraqlan oxucular mütləq göz gəzdirməli olduğu əsərlərdən biridir. Tarixi romanda XIV əsrin sonu XV əvvəllərində baş vermiş hadisələr haqda söhbət açılır. Əsərdə Azərbaycan tarixində xüsusi rolu olan böyük dövlət xadimi, gözəl şair, bacarıqlı sərkərdə Şah İsmayıl Xətainin uşaqlığı və gəncliyi haqda məlumat toplamaq üçün gözəl vasitələrindən biridir. Əsərdə Şah İsmayılın uşaq yaşlarında yaşadığı keşməkeşli həyatından başlayaraq Təbriz -Səfəvi taxtına əyləşdiyi ana qədər ki hadisələr müfəssəl şəkildə qeyd olunub. Bu əsərdə həm də Azərbaycan tarixinin böyük hökmdarlarından Həsən Padşah Bayanduri ilə yanaşı şərqin ilk diplomat xanımı Sara Xatun, Şeyx Heydər, Əbih Sultan kimi tarixi şəxsiyyətlərindən də yadda qalan obrazları yaradılıb. Bütün tarix sevən oxucuların nəzər yetirməli olduğu əsərlərdən biridir. Xudafərin Körpüsünə qovuşduğumız bu zamanlarda inşallah bu əsəri ekran işi olaraq görmək də nəsib olar
Xudafərin Körpüsü
Xudafərin KörpüsüFərman Kərimzadə · Kitab Klubu Nəşriyyatı · 2019169 okunma
Reklam