Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

160 syf.
·
Puan vermedi
·
15 günde okudu
Heç olmasa, "İctimai müqavilə"nin adını çəkirlər hüquq dərsliklərində, dəyərdə heç də ondan geri qalmayan "Azadlıq haqqında" (C.S.Mill) essesinin adı belə çəkilmir. Totalitar dünyagörüşünün belini qıran, azadlıq mücahidlərinin isə müqəddəs kitabı olan bu essenin xalqın (ələxsus onu təşkil edən fərdlərin) özünüdərkində oynadığı rolun on faizini hazırkı universitet dərslikləri oynamır. Bu esse barədə hüquq səhifəmiz ROBe law da paylaşımlar etmişik. (bax: "İfadə azadlığı nədir və harada bitir?", "Zərər prinsipi uğursuzdur?", "Mill nə deyirdi") Halbuki, əksər oxucular nəinki bu esseni, heç müəllifi belə tanımırlar. İfadə azadlığı və yaşamaq hüququ kimi fundamental hüquq və azadlıqları tam mənası ilə dərk etməyən toplum isə oxloqratiya yaradır, bu da ən sərt diktaturadan belə təhlükəlidir. Azərbaycan tipli cəmiyyətlərdə isə avtoritar rejim üçün əlverişli şərait yaradır. Çünki bu tip cəmiyyətlərdə avtoritarın üzərinə çox da yük düşmür, onun funksiyalarını əsasən qaragüruh icra edir. Şüurlardakı oyanışı tək bir kitabın etməsini və ya edə bilməsini iddia etmirəm. Söhbət burada insanların öz fundamental hüquq və azadlıqlarını tam mənası ilə dərk etmə zəruriliyindən gedir və bunun da yolunun maariflənmə olması faktdır. Stüart Mill "Azadlıq haqqında" essesində başqasına və cəmiyyətə ziyan vurmayan istənilən davranışı fərdi azadlıqlar çərçivəsinə daxil olduğunu izah edir. Bu ümumi qaydadır, zərər prinsipi (HARM PRİNCİPLE) adlanır. Sual edirəm, bu prinsip bizdə keçərlidirmi? Ədalətsiz ədalət mühakiməsinin hər addımda bu prinsipi tapdalayıb keçdiyi dövlətdə hansı adillikdən söhbət gedə bilər? Mill deyir ki, ziyan vurmayan istənilən davranış yolveriləndir. Əksinə, ziyan gətirən istənilən davranış fərdi azadlıqlar çərçivəsindən çıxarılıb mənəviyyat və qanunun mühakiməsinə verilməlidir. Yazılmış adicə statusa görə, söylənmiş tənqidə görə, nə bilim, qanunla qadağan olunmayan digər hər hansı əmələ görə mühakimə ediliriksə, buradakı məntiq nədir? P.S "Azadlıq haqqında" essesi və zərər prinsipi (harm principle) barədə daha ətraflı yazacam.
Özgürlük Üzerine
Özgürlük ÜzerineJohn Stuart Mill · Oda Yayınları · 2018670 okunma
·
173 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.