Açığı, həyatımda ilk dəfə bir kitaba “inceleme” yazıram. Bu kitabı oxumasam, yəgin ki, hələ də “inceleme” yazmamaq fikrində idim. Amma bu kitaba dair düşüncələrimi, hislərimi bölüşməliyəm. Əvvəla, deməliyəm ki, ən sevdiyim kitablar cərgəsinə daxil oldu. Yazıçı kitabda əqli qüsurları olanlarında “insan” olduğunu, onlarında hisləri və düşüncələri olduğunu çox gözəl vurğulayıb. Düzdür, Charlie əməliyyatdan sonra çox dəyişdi və kibirli bir insan oldu lakin onun əvvəllər heç bilmədiyi şeyləri bilməsinin və əvvəl ona qarşı “zorbalık” edənlərdən də ağıllı oluşunun fərqinə varması idi onu kibirli, eqoist biri olmağa vadar edən. Açığı mən ona qarşı dərin anlayış hiss edirdim kitabı oxuyarkən. Doğru bir hərəkət deyildi təbii ki, amma dünyanı təzə görməyə başlayan bir uşaq kimi olduğu üçün onu qınaya bilmədim. Mənə ən təsir edən şeylərdən biri, Charlie’nin Algernon’a qarşı duyduğu empatiya idi. Algernon siçan idi Charlie isə bir insan. Bizlərdə heyvanlara qarşı mərhəmət hissi duyuruq düzdü, amma Charlie’nin empatiyası çox fərqli gəldi mənə. Algernonda özünü görürdü və Algernona qarşı hiss ettiyi o empatiya hissinin indi ki, üstün zəkalı Charlie’ə yox, o uşaq kimi, saf Charlie’ə aid olduğunu düşünürəm. Kitabı oxuyarkəndə görürdük ki Charlie içində əvvəlki Charlie ilə mübarizə aparır, və o saf Charlie’ə qalib gəlməyə çalışırdı. Amma bu məsələdə qalib gələbilmədi. Algernona hiss ettiyi empatiya və sevgi hissi hətta onu qaçırmağa belə səbəb oldu. (kim laboratoriya siçanını qaçırar ki?)
Kitabın axırı isə… Əslində ən başdan belə olacağını düşünürdüm. Yenə də, təsir etti. Dünyadaki qüsurlu insanların gözündən həyata baxmağı bir azda olsa öyrəndiyimi düşünürəm. Məncə bu kitabı hamı oxumalıdır.
p.s: hər kəs mənim kimi düşünməyə bilər, şəxsi düşüncələrim olduğunu gözə alaraq oxuyun. :)