Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

328 syf.
10/10 puan verdi
·
Beğendi
·
1 saatte okudu
Kitabda ən sevdiyim hissə idi başlıq. "O, Aydan sonra Yerə ən yaxın olan göy cismidir. Biz onu hər gün səhər, dan yeri yenicə sökülməyə başlayanda görürük. Bu zaman o Ay kimi parlaq və gözəl olur. Günümüzə Günəşdən qabaq gəlməklə bizə səhərin açılacağından xəbər verir. Qəlbimizi sevinclə inamla doldurur. Sonra isə itiririk onu. O daha görünmür. Həyat da Kainat kimi çox qəribədir. Bəzən bizə ən yaxın olan biri, eyni zamanda, başqalarından daha uzaq görünür. Onu ham yaxın hesab edirik, həm uzaq. Az qala özümüz qədər yaxın hesab edirik, ona görə ki, hərarəti ilə qəlbimizi isidir, sonsuzluq qədər uzaq hiss edirik, ona görə ki, əlimiz çatmır..." Dəfələrlə oxumuşdum bu hissəni. Dərinliyindəki izahı dərk etməyim zaman almışdı. Amma ən sonunda anladım. Həyatımızda həqiqətən elə insanlar var ki, həm yaxın,həm uzaq.... Ona baxırıq,ancaq görə bilmirik. Mən bu cümlələri oxuduqda ağlımda Leopar və onun kimilər canlandı. Hər kəsin gördüyü insan əsində heç də göründüyü kimi deyil.... Kitaba isə söz ola bilməz
Ən Yaxın Planet
Ən Yaxın PlanetElxan Elatlı · Elgün · 2012301 okunma
·
71 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.