Gönderi

312 syf.
·
Not rated
·
Read in 4 days
Kitabda qəza nəticəsində adaya düşən 6 ilə 12 yaş aralığında bir qrup oğlan uşağının həyatda qalmasından danışılır. Kitab sadəcə uşaqlar üçün deyil həmçinin böyüklər üçün də yazılmışdır. Yazıçı bizə uşaq olmalarına baxmayaraq həyatda qalmaq üçün və güc sahibi olmaq üçün onların nələr edə biləcəyini , insan evladının nə qədər pis qəlbli ola biləcəyini göstərir. Onlar soyuq qanlılıqla bir- birlərini öldürür və hətta bunu haqlı çıxardırdılar. Uşaq belə olsalar onlar artıq öz məsumiyyətlərini itirmişlər.Düzdü bu sadəcə distopik bir əsərdi amma yenə də insanların şəxsiyyət kimi formalaşmasında uşaqlıqdan gələn bəzi xüsusiyyətləri, yaşadığı yaxşı və pis hadisələri, cəmiyyətin təsirini də nəzərə almaq lazımdı. Oxuduğum düşündürücü kitablardan biri idi.
Milçəklər Tanrısı
Milçəklər TanrısıWilliam Golding · Qanun Nəşriyyatı · 201781.2k okunma
·
313 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.