Gönderi

9/10
·312 syf.··
2022 25. kitabı
·
25 saatte okudu
·
Okunma: 10 Aralık 2022 00:00
Mənə xoşbəxt sonlarla gəlin. Tam da belə sonluqlu kitaba ruhumun ehtiyacı olduğu bir dönəmdə oxumağım çox gözəl oldu. Fantastik kitabları çox sevən biri olaraq çox sevərək, maraqla, həyəcanla oxudum Ötediyar'ı. Fərqli, maraqlı aurası var idi. Yazar obrazların hisslərini gözəl keçirib oxucuya. Müəyyən çətinliklərin insanları həm qopara bildiyini, həm də ayrılmaz güclü bir bağ yarada bildiyini təkrar gördük. Məhz bu anlar insanın həyatının dönüm nöqtəsi olur. Sınaqlardan sonra yaranan o bağ çox güclü olur. Oliver və Alice ikilisini çox sevdim. Sevgi.. həm hər şeyin başlanğıcı, həm hər şeyin sonu. İnsanı göylərə uçuran da, buludlardan başı üstə yerə çırpan da o. Və hər şeyə rəğmən gözəl olmağa davam edən də o.. Kitab bizə 'cəsarət, özünə inam, özünü olduğu kimi qəbul etmək, sevmək' kimi hisslərin necə dəyərli olduğunu göstərir həmçinin. Necə olursunuz olun, həmişə biriləri şikayətçi olacaq, biriləri pis danışacaq, biriləri güləcək, biriləri... Fərqliliklərinizdən utanmayın. Sizi siz edən onlar olur əksər vaxt. Və heç vaxt unutmayın ki, siz bu həyata başqalarını məmnun etmək üçün gəlməmisiniz. Özünüzü sevin, həyatınızı doya- doya yaşayın.
Edebiyat
ÖtediyarTahereh Mafi · Yabancı Yayınları · 2018518 okunma
·
116 Gösterim
1 Yorum
Lütfen giriş yapınız.
Ne kadar güzel bir yorum olmuş. Gerçekten güzel bir kitaptı.💖
Afiqə Yahyayeva
Gönderi Sahibi
Təşəkkür edirəm. Sevindim bəyənmənizə 🌸💗