Puan vermedi·576 syf.··
2022 36. kitabı
Cəhənnəmə gedən bütün qapılar bağlıdırsa... Bizi bilinməzliyin içinə ataraq başlayan uzun axtarış, macəra, gərginlik, müəmmanın içinə atır, sonra... Dan Broundan ilk əsər idi oxuduğum. İntellektual romana xas ağır temp, ifadə, məna zənginliyi burada da özünü göstərir. (bir əlimdə vikipedik məlumatlar, tablolar, axtarırlar və s.) Çox yəqin, bu tərzə alışmadığım üçün ağır irəlilədi hər şey. Əsas məsələ olan dünya əhalisinin sayının kəskin sürətdə azaldılması və bunun üçün irəli atılan virus - onu axtarma cəhdi və həmin yoldakı bəlirsiz hadisələr bizi romana bağlayan şeylərdi. Davam edəndə artıq bir çox hadisənin iç üzü açılır. Əsər süjet olaraq Dantenin "İlahi Komediya" əsərində yeddi günahı və onun qatlarının açılması kimi elə həmin əsərə istinad edərək bir xətt olaraq irəliləyir. Robert Lenqdonun və Siennanın bu yoldakı əsas tapşırıqları məhz virusu aşkar etməkdi. Təbii ki, bu da planlanmış bir hadisə sayıla bilər. Çox qəribə olsa da, Lenqdon bir gün xəstəxanaya yerləşdiriləndə iki gün əvvəl başına nələrin gəldiyini unudur (bu təsadüfü deyil, təbii ki, yaxud Lenqdonun əsərdə açıqladığı kimi başqa bir xəstəlik). Yox, bu, sadəcə, müəyyən güclər tərəfindən idarə edilən və yaddaş pozucu (dondurucu) iynə ilə adama təsir edilən bir qurmadır. Bu güclər müyyən tapşırıqları istənilən formada, vəziyyətdə yerinə yetirirlər. İstədikləri şey - insanların dünyadakı sayını azaltmaq cəhdinin qarşısını alacaq Lenqdonu durduracaq bir casus var (roman oxuyanlara qalsın bu da) Yol çox uzun idi. Müxtəlif qatlardan keçən bu yolun sonu cəhənnəmin hansı yeridi, yaxud...
Kitap Alıntısı
CəhənnəmDan Brown · Qanun Nəşriyyatı · 201429,8bin okunma
·
81 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.