Fyodor Dostoyevski – Ölü evdən qeydlər
Rus ədəbiyyatının tanınmış simalarından olan F.M.Dostoyevskinin “ Ölü evdən qeydlər” kitabından bəhs edərkən onun həyatını ən azından səthi nəzər yetirmək mütləqdir. Dostoyevski və dostları bir iclasda ucadan şeir deyərkən hökümətə qarşı gəlmək cinayətindən rus məhkəmələri tərəfindən mühakimə edilir. Məhkəmə 22 gəncə ölüm hökmü verir. Daha sonra bu cəza sürgünlə əvəz olunar lakin Dostoyevski və digər gənclər bu qərardan xəbərsizdir. Rahib həmin gənclərə ölümə hazırlaşmalarını və günahlarını çıxarmalarını tapşırar. Ardınca əsgərlər tüfənglərini doldurar, məhbusların başlarına tutaraq əmr gözləyərkən birdən dəyişən qərar barəsində məlumatı verərlər. Dostoyevski həmin anda yaşadığı səadətini həyatında heç vaxt yaşamayacağını 20 il sonra yoldaşına danışar. Həbsxanaya qayıtdıqdan sonra qardaşına məktub yazaraq deyir: “Cəsarətimi heç itirmədim, həyat hər yerdədir. Həyat ətrafımızdakı dünyada yox, içimizdədir. Yenə insanlar arasında olacam. Insanlar arasında varolmaq. əbədi belə qalmaq- həyatın gərçək məğzi budur. Artıq bunu anladım. Bu fikir canıma,qanıma işləyib.bundan sonra qələmi əlimə almamaq mümükünmü?!” Dostoyevskinin bundan sonra yazdığı məktublar məhbuslar haqqında idi. Digər məhbuslar az qala bizi yeyəcəklər “siz əsilzadəsiniz, bizə az əzab vermədiniz, xalqı əzirdiniz lakin indi bizdən də aşağıdasınız” deyərək bizi kin və qəzəblə qarşılayırlar. Bu müddət Dostoyevskinin həyatını 2 hissyə bölür. “Ölü evdən qeydlər”dən əvvəlki və sonrakı Dostoyevski. Sonrakı Dostoyevski varlanmış, həbsxananın acı həqiqətləri təcrübələri ilə bəslənməşdi. O həbsxanada olarkən əvvəllər rus xalqını tanıdığını zənn edirmiş lakin yanıldığı qənaətinə gəlir. Həmin 4 il o xalqı tanımağa, qüsurları və üstünlükləri ilə anlamasına vəsilə olmuşdu. Sibirdən qayıdanda Dostoyevski rus xalqının dünyadakı mövqeyindən bəhs edir. Ondan soruşurlar: “Rus xalqı haqqında bu cür danışmaq haqqını haradan almısan?” Dostoyevski ayaqlarındakı zəncir yaralarını göstərərk : “mənə haqqı bunlar verdi” deyər. Onun yaratdığı insanların çatmaq istədikləri, həsrət çəkdikləri şey insanın daxili aləmində gizlidir. Dostoyevskinin inacı kilsə inancıtək sadə deyildir, onun inancı hər an təzyiq altında dayanmadan şübhəylə qarşılaşan insanın bədəni və ruhuyla mübarizə apardığı inancdır. Əsər əsasən bu inanc üzərinə dayanır. O bu əsəri yoldaşını qısqanclıqdan öldürmüş Aleksandr Petroviçin dilindən danışır. Bu vasitəylə Dostoyevski yaşadığı fiziki və mənəvi ağrılarını və duyğularını böyük dərslərlə bu əsərdə oxuculara nəql edir.
Kitabdan sitat:
Tutaq ki, mühit doğrudanda bizdə çox şeyi məhv edir; axı hər şeyi məhv etmir! Bəzi hiyləgər və işini bilən dələduz təkcə öz zəifliyini deyil, əsasən öz əclaflığını- xüsüsiylə də bəlağətli şəkildə danışa, ya da yaza bilirsə- mühitin üstünə atır.
"Dustaq" sözünün mənası öz iradəsini itirmiş insan deməkdir.
Tiranlıq da bir vəhşilikdir. o tərəqqiyə qadirdir və nəhayət inkişaf edərək xəstəliyə çevrilir. Ən yaxşı insan belə bu cür vərdişdən kobudlaşaraq və kütləşərək vəhşi heyvan səviyyəsinə çata bilər. Qan və hakimiyyət insanda bihuşluq yaradır.