Sima

Sima
Bakı
12 Eylül 1996
92 okur puanı
Ağustos 2021 tarihinde katıldı
64 syf.
·
Puan vermedi
·
Beğendi
Honore De Balzac- Gizli Başyapıt Gizli Başyapıt Balzacın sənətin təbiətini, mükəmməlliyə çatmaq arzusunu və insan münasibətlərində şəxsi sərhədlərin pozulmasını sorğuladığı qısa, lakin dərinlikli əsəridir. Əsərdə yaşlı rəssam Frenhofer uzun illər üzərində işlədiyi “başyapıtı” tamamlamaya çalışır. O, sənətin ən saf formasına çatmaq üçün hər detalın mükəmməl olmasını istəyir, lakin nəticədə əsərin qavranıla bilmə qabiliyyəti itir. Bu, sənətin həddindən artıq idealizə edilməsinin dağıdıcı nəticələr verə biləcəyini göstərir. Frenhofer, ilham mənbəyi hesab etdiyi Gillette-in Poussin vasitəsilə sənət dünyasına təqdim edilməsini, həm sənətin müqəddəsliyinin, həm də şəxsi həyatın gizliliyinin pozulması kimi dəyərləndirir. Gillette, sevgilisinin bu yanaşmasından özünü dəyərsiz və “hamıya açıq” hiss edir. Bu vəziyyət, sənətin paylaşılması mövzusunda tənqidçi bir baxış ortaya qoyur. Poussin-in sənət uğrunda rəqabət hissi ilə hərəkət edərək Gillette-i ilham mənbəyi kimi təqdim etməsi, münasibətlərdə emosional sərhədlərin pozulmasına səbəb olur. Bu, sevginin paylaşılmağa uyğun olmadığını və şəxsi sərhədlərin qorunmasının vacibliyini vurğulayır.
Gizli Başyapıt
Gizli BaşyapıtHonore de Balzac · Can Yayınları · 20224,131 okunma
Reklam
Sima

Sima

, bir kitap okudu
64 syf.
·
Puan vermedi
·
Beğendi
Gizli Başyapıt
Honore de Balzac
7.7/10 · 4.131 okunma
56 syf.
·
Puan vermedi
·
Beğendi
Salam, dəyəli oxuyucular Akatan adlı yerdə qəbilə başçısı olan Naassın atadan oğula keçən “qan davası mirası” var. Bu qan davası indi o həddə çatıb ki, qatil niyə öldürdüyünü belə özü də bilmir və sırf ənənəyə riayət etmək üçün qarşı tərəfin ailəsindən birini öldürüb. Naass isə bu mənasız qan davasına son qoyulmalı və uşaqların əcdadlarının səhvlərinin nəticələrini yaşamamalı olduğunu düşünür. Naass əcdadlarının adət-ənənələrini səhvlərini bir kənara qoyub düşmən qəbiləsinin sonuncu üzvü Unga ilə evlənmək qərarına gəlir və bununla da qan davasına son qoyulur. Ancaq Naass və Unqanın toy mərasimi bitdikdən sonra bir adam Unganı qaçırdıqda onun həvəsi kəsilir və o andan etibarən amansızcasına Unqanı axtarmağa başlayır. Naass, Unga-nı qaçıran kişinin izinə düşərək illərlə onu axtarır. Şimalın sərt şəraitində, aclıq və yorğunluq içində onun ardınca gedir. Nəhayət, Unga-nı tapanda görür ki, o, artıq özünü qaçıran kişi ilə birgə həyat qurub və Naass-dan uzaqlaşıb. Lakin Naass-ın qəlbindəki qisas hissi onu sakit buraxmır və Unga ilə yaşayan kişini öldürür. Ancaq Naass ümid edir ki, Unga ona geri dönəcək. Lakin əksinə, Unga onu bağışlamır və Naass-ı öldürərək öz azadlığını əldə edir. Xoş mütaliələr
Bir Kuzey Macerası
Bir Kuzey MacerasıJack London · Türkiye İş Bankası Kültür Yayınları · 202422,4bin okunma
158 syf.
·
Puan vermedi
·
Beğendi
Salam, hər kəsə Mixail Bulgakov - Genç bir doktorun anıları. Əsər, yeni məzun olmuş, təcrübəsiz bir həkimin ölüm, xəstəlik və insanların ümidsizliyi ilə üzləşərkən keçirdiyi daxili sarsıntıları və inkişafını əks etdirir. Əsərdə bəyəndiyim tərəflərdən biri həkimin qorxularıyla üzləşə bilmə cəsareti ve daima kitablarla iç içə olub nələrsə öyrənməyə cehd etmesi idi. Ancaq bəyənmədiyim tərəf daha doğrusu insana ciddi menfi tesir edən tərəfi o dövrün tibbi cahilliyi, bilgisizliyi idi. Həkim əslində bilgisizlikdən əziyyət çəkirdi insanlar da cehalətdən dünyasını dəyişirdi. Bu kitab həm tibbi etika, həm də insan psixologiyası baxımından dərin məqamlar ehtiva edir. Həkimin qorxuları, tərəddüdləri və zamanla qazandığı özünəinam gözəl təsvir olunur. Əgər insan təbiətinin zəif cəhətləri və həkimlik peşəsinin çətinlikləri səni maraqlandırırsa, bu əsəri oxumağı tövsiyə edərdim. Qeyd edim ki, Rusiyanın soyuğu çovğunun detallarına kimi o qədər incəliklə işlənib ki, oxuyucunun o küləyi, üşüməni, bürkünü, boz havanın verdiyi sıxınıtını hiss etməyə bilmir. İndidən xoş oxumalar.
Genç Bir Doktorun Anıları
Genç Bir Doktorun Anıları
Mihail Bulgakov
Mihail Bulgakov
Genç Bir Doktorun Anıları
Genç Bir Doktorun AnılarıMihail Bulgakov · Türkiye İş Bankası Kültür Yayınları · 202328,3bin okunma
550 öğeden 1 ile 6 arasındakiler gösteriliyor.