Sima

Sima
Bakı
12 Eylül 1996
100 okur puanı
Ağustos 2021 tarihinde katıldı
Pişman olduğun için dönersen, döndüğün için pişman olursun... Zeus KabadayıZeus Kabadayı
İnsan ve Duygular
Öz dəftərimdən...
Bir- birinə yaxşı gəlməyən, qarşısındakının nə ilə xoşbəxt ola biləcəyini anlamayan iki insanın bir yerdə olmasından böyük bədbəxtlik yoxdur. Çünki onlar zamanla bir- birilərini öldürürlər. Sözlərlə, qıraraq, qayğısızlıqla, sevgisizlik və diqqətsizliklə. Hər qırılğanlıqla aradan əsən o soyuq küləklərin hərarəti daha da düşər. Soyuyarlar bir- birilərindən, hətta ayrılmağı, ayrılıq olarsa deyiləcək sözlər belə düşünülər. Ama əsla etiraf etməzlər. Çünki onlar bir dünyada deyil, ayrı dünyada yaşadıqlarından hər kəs o qış fəslini öz dünyasında zənn edər. Çünki onlar öz yollarını tək getməkdən qorxan iki insanın cesarətsizliyinin apardığı yoldakı düşüncələrdə yaşayarlar. Onlar həyat, tale yox yol yoldaşı olduqlarını etiraf edə biləcək gücdə deyillər. Güclənmək üçün bəzən tək addımlamağı bacarmalıdır insan. Etiraf edilməmiş sözlərdə ölər adamlar, sönər həyatlar. Belə bədbəxt olur bütün insanlar.
İnsan ve Duygular
Öz dəftərimdəm...
Yalnızlıq- dərd və kimsəsizlik deyil. Yalnızlıq- səssizlik, özünü və hislərini dinləmək, iç dünyana səyahətdir. Hər zaman biri ilə olmaq da bəxtəvərlik deyil, bəzən hətta deyərdim ki, çox zaman yalnızlıq məhz xoşbəxtliyin özüdür... 💚
İnsan ve Duygular
Öz dəftərimdən...
Bəzən hansısa şeirin sətirləri, bəzənsə hansısa müsiqinin notları insanlar arasındakı məsafələri qət edir. Ruhunu bəsləyənlər qovuşmaq üçün addımlamağa ehtiyac duymazlar. Onlar səssizkən danışan, uzaqdaykən görüşən kəslərdir. Onlar çox nadirdir. Onlardan olan hər kəs bunu sadecə qəlbində yaşasın. Bu bir xoşbəxtlikdir və xoşbəxtlik hər kəsin arzusudur. İtirməkdən qorxduğunuz hər şeyi qəlbinizdə gizli saxlayın... 🖤🌙
İnsan ve Duygular