Sima

Sima
Bakı
12 Eylül 1996
100 okur puanı
Ağustos 2021 tarihinde katıldı
10/10
·164 syf.··
2025 20. kitabı
Salamlar Valeri Sinelnikovun “Məqsədin gücü” kitabı insanın düşüncə və inanc sisteminin həyatındakı hadisələri necə formalaşdırdığını izah edir. Müəllifə görə, hər şey düşüncədən başlayır və aydın məqsəd qurmaq həyat enerjisini istiqamətləndirir. Kitab insanı öz daxili dünyasına baxmağa, mənfi inancları dəyişməyə və məqsədlərinə uyğun vibrasiyada yaşamağa çağırır. Qısa desək, bu əsər pozitiv düşüncənin və məqsədli həyatın insan taleyindəki yaradıcı rolunu vurğulayır. Qeyd edim ki, kitabdan çox zövq alacaqsız şiddətlə tövsiyyə edirəm. Valeriy SinelnikovValeriy Sinelnikov Məqsədin GücüMəqsədin Gücü
1000Kitap
Məqsədin GücüValeriy Sinelnikov · Qanun Nəşriyyatı · 0189 okunma
Puan vermedi·152 syf.··
Beğendi
·
2025 21. kitabı
Salamlar Bu kitabı oxumamışdan öncə məndə bir fikir var idi emosiyalarla bağlı. İnsan basdırdığı duyğuları tərəfindən ələ keçirilib idarə olunur. Üstəlik o duyğular bir gün çox böyük və dərin formada həyatımızın yersiz vaxtlarında üzə çıxır. Buna görə də duyğuları yaşamaq onların kimyasını anlamaq lazımdır ki, yaşadığında nə edəcəyini biləsən. Duyğuıardan qaçdıqca o sənə həmişə vahiməli və çətin görünür. Bütün bu düşüncələrimə qüvvət verirmiş kimi bu kitab çıxdı qarşıma. Osho emosiyaları insanın daxili enerjisinin təbii axını kimi qəbul edir. Onun fikrincə, emosiyaları boğmaq və ya gizlətmək insanı gərgin və saxta edir, halbuki onları dərk edib müşahidə etmək azadlıq gətirir. Osho deyir ki, hər bir duyğu – qəzəb, kədər, sevinc və sevgi – əgər tam şəkildə yaşanarsa, insanı dərin bir şüura aparır. Yəni emosiyalarla mübarizə aparmaq yox, onları şüurlu şəkildə yaşamaq ruhsal inkişafın açarıdır. EmosiyalarEmosiyalar OshoOsho
1000Kitap
EmosiyalarOsho · Qanun Nəşriyyatı · 20151,068 okunma

Sima

, bir kitap okudu
Puan vermedi·152 syf.··
Beğendi
·
2025 21. kitabı
Osho
7.5/10 · 1.068 okunma