Sima

Sima
Bakı
12 Eylül 1996
100 okur puanı
Ağustos 2021 tarihinde katıldı
Puan vermedi·314 syf.··
Beğendi
·
2025 17. kitabı
Salamlar Montaigne - Denemeler Montaigne – Denemeler Michel de Montaigne (1533–1592) Fransız yazıçısı və filosofudur. O, “deneme” janrının banisi hesab olunur. İntibah dövrünün ən orijinal düşünürlərindən biri olan Montaigne üçün həyatın və düşüncənin əsas məqsədi özünü tanımaqdır. Onun məşhur Denemeler əsərində gündəlik həyat, ölüm, dostluq, tənhalıq, zəiflik və bilik kimi mövzular şəxsi müşahidələr və təcrübələr əsasında işlənir. Montaigne insanı müəyyən nəzəri çərçivələrə və sabit şablonlara sığışdırmaqdan imtina edir. Onun düşüncəsinə görə, insan mahiyyəti yalnız fəlsəfi sistemlər və ya ümumiləşdirilmiş prinsiplərlə deyil, şəxsi təcrübələr vasitəsilə dərk oluna bilər. Montaigne yazılarında tez-tez qeyd edir ki, insan dəyişkəndir və bu dəyişkənliyin izləri onun keçdiyi həyat yollarında – təcrübələrində gizlidir. O, oxucunu insanları onların yaşadıqlarına, keçirdikləri daxili sarsıntılara, qərarlarına və səhvlərinə baxaraq anlamağa təşviq edir. Çünki hər bir insan, əslində, öz təcrübələrinin məhsuludur. Bu baxımdan Montaigne-in yazıları həm introspektiv bir araşdırma, həm də başqasını anlamaq üçün sadə, lakin dərin bir dəvətdir. Qadınlara yanaşması isə həm ziddiyyətli, həm də maraqlıdır. Bəzi hissələrdə Montaigne qadını daha çox ev və ailə çərçivəsində, sakit və itaətkar biri kimi təqdim edir. Bu fikirlər onun dövründə yayğın olan patriarxal düşüncə sistemindən tamamilə uzaqlaşa bilmədiyini göstərir. Amma digər tərəfdən, o, qadınları yalnız cinsiyyətinə görə deyil, insan kimi qiymətləndirir. Hətta bir yerdə belə deyir: “Qadınlar bizim kimi cəsur, səbirli və dözümlüdürlər. Bəzən bizdən də üstün ola bilirlər.” Bu fikir qadının yalnız zəif deyil, iradəli və güclü ola biləcəyini vurğulayır. Montaigne eyni zamanda qadınların da təhsil almağa, düşünməyə və mühakimə
1000Kitap
DenemelerMontaigne · Türkiye İş Bankası Kültür Yayınları · 202065,6bin okunma
Reklam

Sima

, bir kitap okudu
Puan vermedi·314 syf.··
Beğendi
·
2025 17. kitabı
Montaigne
8.4/10 · 65,6bin okunma
Puan vermedi·96 syf.··
Beğendi
·
2025 15. kitabı
Salam hər kəsə. Bu kitabda 2 hekayə qələmə alınmışdır. İnsanı təsirləndirən xüsusiylə də analıq duyğularının dərinliyini vurğulayan bu hekayələr tük ürpərdici həqiqətləri əks etdirir. Çox ürəyim sıxıldı oxuduqca ancaq reallıqları oxuyub bilmək də bizim borcumuzdur. İndi sizə Treblinka cəhənnəmindən danışacam. Treblinka – İkinci Dünya Müharibəsi dövründə, nasist Almaniyası tərəfindən Polşada qurulmuş ən dəhşətli ölüm düşərgələrindən biridir. 1942–1943-cü illərdə fəaliyyət göstərmiş bu düşərgə, “Operation Reinhard” adlı planın bir hissəsi olaraq əsasən yəhudi xalqının kütləvi şəkildə qətlə yetirilməsi üçün istifadə olunmuşdur. Burada insanlıq anlayışı tamamilə yox olmuşdu. Treblinkada sistematik şəkildə insanlar qatarlarla gətirilir, aldatma yolu ilə “duş otaqlarına” aparılır və orada qazla boğularaq öldürülürdülər. Sadəcə bir neçə saat ərzində minlərlə insan məhv edilirdi. Bu proses o qədər avtomatlaşdırılmış və duyğusuzcasına aparılırdı ki, düşərgə sözün əsl mənasında “cəhənnəm fabriki”nə çevrilmişdi. Treblinka, bəşəriyyətin öz vicdanını necə itirə bildiyinin, texnologiyanın və itaətin necə kütləvi ölüm alətinə çevrilə biləcəyinin simvoludur. Burada təkcə bədənlər deyil, həm də ümidlər, uşaqlıqlar, sevgilər və gələcəklər məhv edilirdi. Bu cəhənnəmi xatırlamaq, tarixdən dərs çıxarmaq və insanlığa qarşı törədilmiş belə cinayətlərin bir daha təkrarlanmaması üçün əhəmiyyətlidir.
1000Kitap
Ananın Oğluna Son MəktubuVasili Grossman · Qanun Nəşriyyatı · 015 okunma
Puan vermedi·96 syf.··
2025 13. kitabı
Salamlar, Cəfər Cabbarlı - Dilarə kitabı ilə qarşınızdayam. XX əsrin əvvəllərində ( 1921 ) yazılmış bu kitabda ailə- məişət, cəmiyyətin sosial həyatına güzgü tutan 5 hekayə yazılmışdır. Oxuyarkən çox gərginlik yaşadım və belə bir sual gəldi ağlıma görəsən 100 il sonra bizim də həyatımız kitablardan oxunarkən belə qarşılanacaq mı? Öz ədəbiyyatımız olduğu üçün tövsiyyə edirəm. Gülzar mövzusu gərginliyin pik həddi idi. Oxuyacaqlara xoş mütaliələr. 1. Aslan və Fərhad İki qardaşın (Aslan və Fərhad) məhəbbət və namus uğrunda verdiyi mənəvi mübarizə. Hekayədə ailədaxili etibar, sevgi və qardaşlıq münasibətləri ön plandadır. 2. Mənsur və Sitarə Zəngin və varlı bir gənc olan Mənsurun, sevgi və maddiyyat arasında qalması. Sitarənin təmkinli və düşüncəli davranışı ilə Mənsurun daxili dəyişimi. 3. Əhməd və Qumru Tələbə Əhmədin kasıb bir ailədən çıxan Qumruya olan sevgisi və sosial fərqliliklərə qarşı mübarizəsi. Cəmiyyətin qınağına baxmayaraq ruhən birləşən iki insan 4. Gülzar Gülzar adlı qadının həyat yoldaşının onu tərk etməsi ilə yaşadığı çarəsizlik, amma eyni zamanda daxili gücünü taparaq ayağa qalxması. Qadın azadlığı və sosial haqlar mövzusu. 5. Dilarə Dilarənin atası ilə yaşadığı çətin həyat və bu çətinliklər fonunda qoruduğu insanlığı və mərhəməti. İkisi də cəmiyyətin sərt üzünə qarşı aciz, amma vicdanlı.
DilarəCafer Cabbarlı · Xan Nəşriyyatı · 202424 okunma