Sima

Sima
Bakı
12 Eylül 1996
100 okur puanı
Ağustos 2021 tarihinde katıldı
Puan vermedi·232 syf.··
Beğendi
·
2025 14. kitabı
Əgər özünüzü yaşamaq istədiyiniz deyil, düşdüyünüz bir həyatın içində tapırsınızsa… Əgər harasa aid olmalı olduğunuzu hiss edir, amma hara olduğunu bilmirsinizsə… Bu kitab sizin üçün yazılıb. Çünki bu kitab bizə öyrədir: Aid olduğumuz yeri tapmırıq… biz onu yaradırıq. Bəs niyə yarada bilmirik? Çünki əksər hallarda gələcəyimizi qura bilməməyimizin səbəbi keçmişimizin dağınıq olmasıdır. Keçmiş – düşünürük ki, artıq arxada qalıb. Amma onun çözülməmiş düyünləri hələ də bizi geri çəkir. Keçmişdə həll etmədiyimiz hər məsələ, ayağımıza bağlanmış bir ipdir. Və biz bu ipləri çözmədikcə, bağlı qalırıq. Əli-qolu bağlı bir insan isə… yalnız durduğu yerdə qalar. Azadlıq, indiki anın içində mümkündür. Amma bu an da keçmişin düyünləri ilə doludursa, orada nə rahatlıq var, nə də nəfəs almaq. Bu kitab isə bizə ilk addımı göstərir: Özümüzə səmimi olmaq. Haraya bağlı olduğumuzu görmək. Və bir-bir o ipləri tanıyıb, çözmək. Düyünlər açıldıqca, bədən yüngülləşir, zehin aydınlaşır, ürək sakitləşir. Son ipi açdığınızda… Sanki təbiətin qoynuna qaçan bir uşaq kimi, həyata doğru qaçmaq istəyəcəksiniz. Bu azadlığın xəyalı belə, insanı dünyanın ən bəxtiyarı edir.
Keçmişdən Xilas OlSadiq Cəfərli · Novella Kitap · 021 okunma
Reklam

Sima

, bir kitap okudu
Puan vermedi·232 syf.··
Beğendi
·
2025 14. kitabı
Sadiq Cəfərli
9/10 · 21 okunma
Puan vermedi·104 syf.··
Beğendi
·
2025 11. kitabı
Salamlar İvan Turgenev - İlk Aşk Əsər avtobioqrafik xüsusiyyətlər daşıyır və baş qəhrəmanın ilk sevgi təcrübəsini izah edir. 16 yaşlı Vladimir Petrovichin 21 yaşlı gözəl və cazibədar şahzadə Zinaida ilə tanış olması ilə başlayan bu hekayə, gənc bir insanın duyğusal oyanışı, yetişmə prosesi və sevginin acı reallığı ilə tanış olması üzərində qurulub. Əsərin əsas mövzusu ilk sevginin səmimiyyəti və ağrılı nəticələridir. Turgenyev, gənclik dövrünün saf, təmiz və eyni zamanda zərərverici duyğularını çox incəliklə verir. “İlk Aşk” sevgi kimi ali bir hissin təkcə romantik yönünü deyil, həm də onun özünü itirmə, qısqanclıq, ümidsizlik və əzab kimi tərəflərini də göstərir. İlk Aşk yalnız bir sevgi hekayəsi deyil, həm də böyümə, həyat dərsləri, zamanın keçiciliyi və insanın özünüdərk prosesi haqqındadır. Əsər göstərir ki, ilk sevgi nadir hallarda gerçək bir münasibətə çevrilir — lakin onun təsiri həyat boyu yadda qalır və insanın xarakterinə, dünyagörüşünə təsir edir. Turgenyevin İlk Aşk əsəri oxucunu həm duyğulandırır, həm də düşündürür. Bu əsər, gənclik illərindəki saf, qeyri-müəyyən və qarışıq hisslərin necə unudulmaz iz buraxa biləcəyini göstərir. Turgenyev oxucunu nostalji bir səyahətə aparır — sevgi, itki və yetkinləşmənin sükutlu, lakin təsirli melodiyası ilə. İlk məhəbbətin xatirələriylə keçmişə dönmək istəyənlərə xüsusiylə tövsiyyə edirəm
İlk AşkIvan Turgenyev · Can Yayınları · 20249,5bin okunma