Gönderi

Puan vermedi·232 syf.··
Beğendi
·
2025 14. kitabı
Əgər özünüzü yaşamaq istədiyiniz deyil, düşdüyünüz bir həyatın içində tapırsınızsa… Əgər harasa aid olmalı olduğunuzu hiss edir, amma hara olduğunu bilmirsinizsə… Bu kitab sizin üçün yazılıb. Çünki bu kitab bizə öyrədir: Aid olduğumuz yeri tapmırıq… biz onu yaradırıq. Bəs niyə yarada bilmirik? Çünki əksər hallarda gələcəyimizi qura bilməməyimizin səbəbi keçmişimizin dağınıq olmasıdır. Keçmiş – düşünürük ki, artıq arxada qalıb. Amma onun çözülməmiş düyünləri hələ də bizi geri çəkir. Keçmişdə həll etmədiyimiz hər məsələ, ayağımıza bağlanmış bir ipdir. Və biz bu ipləri çözmədikcə, bağlı qalırıq. Əli-qolu bağlı bir insan isə… yalnız durduğu yerdə qalar. Azadlıq, indiki anın içində mümkündür. Amma bu an da keçmişin düyünləri ilə doludursa, orada nə rahatlıq var, nə də nəfəs almaq. Bu kitab isə bizə ilk addımı göstərir: Özümüzə səmimi olmaq. Haraya bağlı olduğumuzu görmək. Və bir-bir o ipləri tanıyıb, çözmək. Düyünlər açıldıqca, bədən yüngülləşir, zehin aydınlaşır, ürək sakitləşir. Son ipi açdığınızda… Sanki təbiətin qoynuna qaçan bir uşaq kimi, həyata doğru qaçmaq istəyəcəksiniz. Bu azadlığın xəyalı belə, insanı dünyanın ən bəxtiyarı edir. “Keçmişdən Xilas Ol” hər kəsə xitab edən, sadə dillə yazılmış, bir dostun səmimi tövsiyələri kimidir. Kitabda işıq tutulmuş mövzu başlıqlarını bilərək qeyd etmədim ki, marağı qaçmasın. Qeyd edim ki, valideynlərə də şiddətli tövsiyyə edirəm.
Keçmişdən Xilas OlSadiq Cəfərli · Novella Kitap · 021 okunma
·
119 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.