Gönderi

Ölülər
Puan vermedi·96 syf.··
2022 38. kitabı
Bu kitabda Mirzə Cəlil sofuluğu gözəl bir üslubla tənqid etmişdir. Bir gün kəndə xəbər gəlir ki, Kərbəlayı Fətullanı zâti-möhtərəm bir şeyx dirildib, və indi də yolu bu kəndə düşübdür. Kənddə istisnasız hər kəs bu "övliyanın" möcüzələrinə heyran qalır və bu şeyx üçün hazırlıq görməyə başlayırlar, bir kəsdən savayı: kefli İskəndər. O əlindən arağı, şərabı qoymamasına baxmayaraq, bu xəbərə gülüb keçir, və bu səbəbdən ötəri kənd camaatı İskəndərə qarşı mövqe alır. Axırda isə hamıya məlum olur ki, bu "şeyx" müsəlman qızlarla kəbin kəsdirib sonra qaçan bir yalançı imiş, İskəndər bundan sonra şeyxin evinin önünə çıxır və nitqə başlayıb əsl ölülərin camaat olduğunu söyləyir.
ÖlülərCelil Memmedguluzade · Qanun Nəşriyyatı · 01,270 okunma
·
226 Gösterim
Yorumlar
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.