Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

272 syf.
·
Puan vermedi
·
7 günde okudu
Meri Şelli- Frankenşteyn ___ Prometey alovu tanrılardan oğurlayıb insanlara gətirmiş, alovun dünyada nələrə səbəb olacağını isə təxmin etməmişdir. Bu əməlinə görə isə tanrılar tərəfindən cəzalandırılır. •Bəs niyə Frankenşteyn və ya müasir Prometey? Kitabı oxumamışdan əvvəl Frankenşteyn'in qorxulu bir canavar olduğunu düşünürdüm. Amma elə deyilmiş, Frankenşteyn hər zaman yeniliyə və öyrənməyə can atan elm insanıdır. Elə bu xarakteri onun üçün geri dönüşü olmayan bir hadisəyə səbəb olur. Yaşamın sirlərini axtaran Frankenşteyn insan yaratmağa qərar verir. Məzarlıqdan topladığı parçaları öz otağında birləşdirməyə başlayır. İnsan ölçüsündən böyük yaratdığı bu məxluqun gözlərini açması ilə isə dəhşətə gəlir. Üzünə baxmağa belə tab gətirə bilmədiyi bu bədheybəti tərk edir. ___ İnsanların bir-birinə olan mülayim münasibətini, sevgisini görən bədheybət öz yaradıcısına nifrət etməyə başlayır. Onu sevmədiyi üçün, onu tərk etdiyi üçün, bu dünyada tək qalmağa məcbur etdiyi üçün. Bədheybətin nifrəti Frankenşteyn'in cəzasına çevrilir. ︎Kitab qədər diqqətimi və marağımı çəkən yazar Meri Şelli'nin həyatı oldu. Elə bu kitabı da 17-18 yaşlarında yazıb. O yaşda belə bir xəyalgücü, təsəvvür insanı heyrətləndirir. Düzdür, kitabda bəzi nöqsanlar var, amma bu elə də gözə batmır. Mary Shelley (2017) filmini izləməyinizi tövsiyə edirəm • "İnsan övladı vəhşi heyvana xas məziyyətlər daşıyarkən ali sayılan hissləri ilə niyə qürrələnsin axı? Axı bu hisslər insanı daha da çarəsizləşdirir. İmpulslarımız ancaq aclıq, susuzluq və ehtirasla məhdudlaşsaydı, daha azad olardıq. Halbuki indi əsən hər küləkdən, fərqli bir söz, yaxud fərqli bir mənzərənin yaratdığı taassüratdan təsirlənir, özümüzü itiririk." Sizcə də bu belədir mi?️ #laviniabooks #books #bookstagram #frankenstein #maryshelley #19 #bookphoto
Frankenstein Ya Da Modern Prometheus
Frankenstein Ya Da Modern PrometheusMary Shelley · Türkiye İş Bankası Kültür Yayınları · 202013,9bin okunma
·
254 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.