Gönderi

356 syf.
·
Puan vermedi
·
Beğendi
·
12 günde okudu
Əgər ev dizaynına və evin sahmana salınmasına evdar qadın gözü ilə yox səliqə-sahman mütəxəssizinin gözüylə baxmaq istəyirsinizsə bu kitabı mütləq oxuyun. Ev işlərində çoxlu "püf noktalar" qeyd edilib. Bu kiçik nöqtələr böyük dəyişikliyə səbəb olur. Daha çox əşyaları necə kiçik bir yerə yerləşdirmək olar,hamısı şəkillərlə izah edilib. Müxtəlif növ paltarların mağazalardakı kimi səliqə ilə qatlanmasından tutmuş iş yeri masası,təmir alətlərinin yerləşləşdirilməsinə qədər izah edilib. Yeni ev quranlar üçün isə bu kitab başucu kitabı olmalıdır. Bəzi insanlar köhnə lazımsız əşyaları nə vaxtsa lazım olar deyib atmır. Beləliklə evi anbara döndərirlər. Kitabda bu xəstəlikdən necə qurtula bilmək haqqında xeyli həll yolu göstərilib. Kitabın mənə də faydası oldu. Məgərsə qardirobumda yer var imiş,paltarları düzgün qatlamırammış
Evini Də Sahmana Sal, Həyatını Da
Evini Də Sahmana Sal, Həyatını DaMarie Kondo (Konmari) · Teas Press · 0211 okunma
·
104 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.