Gönderi

7/10
·172 syf.··
2021 24. kitabı
·
5 günde okudu
·
Okunma: 29 Mayıs 2021 16:45
Tanrı yoxsa din? Hansına inanırsınız? Bu günə kimi oxuduğum elmi-fantastikalar içərisində ən axıcı ancaq ən zidd fikirlərə sahib olan əsər məhz budur. Əslində bu əsərdə elmi-fantastika bir balaca sönük qalır. Daha çox din, inanc və tarixlə bağlıdır. Tarixi sevsəm də, tarixə çox inanan biri deyiləm. Biz sadəcə tarixçilərin bizə çatdırdığı qədərini bilirik və onun da doğruluq payı nə qədərdir? Bu kitabdakı kimi bir şansım olsaydı: zamanda səyahət edib, hansısa bir dinin yaranmasına şahidlik edə biləcəyimi təklif etsəydilər, bu təklifi əlbəttə qəbul edərdim. Kitabda Karl Glogauer adlı bir gəncin həm yaşadığı dövrdə başına gələnləri,  həm də zamanda səyahət edərək getdiyi - İsanın çarmıxa çəkildiyi dövrdə başına gələnləri paralel şəkildə oxuyuruq. Kitab sadəcə xristian dini üstündən danışsada, dedikləri şeyləri bütün dinlərə şamil etmək mümkündü. İsa'dan əvvəl İsa fikrinin yaranmış olması, insanların dinləri dövrlərinə uyğun dəyişərək, modernləşdirməsi: bütün dinlərin əslində bir birinin davamı olması və s. Əlbəttə bəzi fanatiklər kitabda yazılan fikirlərə qatılmayacaq. Amma mən bir çox fikirlə razıyam. Bir oturuşda  bitirə biləcəyiniz,eyni zamanda üstündə saatlarla düşünə biləcəyiniz bir kitab
1000k
İşte İnsanMichael Moorcock · İthaki Yayınları · 20181,852 okunma
·
83 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.