Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

·
Puan vermedi
Fikrimi toparlamağa çalışıram kitab haqqında, amma hər şey o qədər paramparçadı ki, fikrimi də toparlaya bilmirəm. Kitab novella filan deyil. Kitab böyük bir mərsiyədi. Müəllifin oğlu Carl 2015-ci ildə ölüb. Narkotik maddə təairi altında 15-ci mərtəbədən yıxılıb və ölüb. Kitab müəllifin yaşadığı kədərin təcəssümüdü. Vahid bir xətt yoxdu. Mətn qopuq-qopuqdu. Yazı birdən dayanır, araya şeirlər girir, xaotik fikirlər uçuşur. Bu kitabın göz yaşları içində yazıldığına and içə bilərəm, amma sübut edə bilmərəm. Müəllif Carl'ın uşaqlığından danışır, ordan gəncliyinə keçir, 25-ci ad gününə olan hazırlıqdan danışır, həddən çox fərqli ədəbiyyat xadimlərindən ölümə dair uzun-uzun sitatlar gətirir. Amma bütün bu tragedik gedişatın arxasında Carl'ın ölüm xəbərini alandan sonrakı xəstəxanaya gediş hekayəsini danışmağa çalışır. Həmin hekayə cəmi 10 səhifə olar olmaz, amma müəllif o qədər qorxur ki bu hekayəni bir nəfəsə danışmağa, araya əlaqəsiz də olsa, çoxlu şeylər doldurub, Carl'ın öldüyünü qəbullanmaqdan qaçır. Açıq deyim: Kitabı bəyənməmişəm. Amma biz oxucuların kitab haqqında mühakimə yürütməyə haqqımız yoxdur. Bu kitab.. bir ananın kədəridir. Carl çox önəmli şəxsiyyət idi? Yox. Carl mükəmməl xarakterə sahib idi? Heç bir fikrim yoxdur. Amma Carl Naja Marie Aidt üçün.. anası üçün önəmli idi. Ona görə bu kədərə hörmət etmək və məsafə saxlamaq gərəyi hiss etdim. Bu qədər kədər salatını yemək həvəsiniz varsa, oxuyun.. ingiliscəsi çox asan oxunur, türkcəsi tərcümə olunmayıb, deyəsən. Amma mənim məsləhətim oxumayın.
Carl’ın Kitabı Ölüm Senden Bir Şey Aldığında Onu Geri Ver
Carl’ın Kitabı Ölüm Senden Bir Şey Aldığında Onu Geri VerNaja Marie Aidt · Everest Yayınları · 202291 okunma
·
133 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.