Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

1552 syf.
10/10 puan verdi
·
Beğendi
·
49 günde okudu
Möhtəşəm!
Oxumaqdan bu qədər zövq aldığım, sonunu bu qədər həyəcanla gözlədiyim, bu qədər qorxu ilə qarışıq ümid ilə oxuduğum başqa bir əsər olmuşdu mu? Bilmirəm. SPOİLER VAR! Dantesin çəkdiyi əzablara, qurduğu planlara rəğmən hədəfə çatdığı an qərarsızlığa düşməsi, içindəki sevginin, keçmiş xatirələrin yada düşməsi nəticəsində bəlkə də, ən çox gözlədiyi, arzuladığı, illərlə gözündə canlandırdığı o intiqam səhnəsini bir anda silib atması…hələ də döyünən bir ürəyi olduğunu görməsi və deməsi: İntikam almaya karar verdiğim gün yüreğimi söküp atmadığıma göre, aklımı kaçırmış olmalıyım! Morrelin qurtuluşunun yanında, diqqətimi çəkən ən əsas nüans bu oldu: Caderousse Dantesə xəyanət edənlər arasında bəlkə də ən az günahkar olan idi, ilk ölən o oldu. Villefort psixi vəziyyəti dəyişsə belə, həyatda qalmağa davam etdi, Fernand özünü öldürdü, lakin Dantesə xəyanət etmə fikrini ortaya atmış ən böyük günahkar, DANGLARS?! Məhz Dantes tərəfindən bağışlandı.. ölənlərin, əziyyət çəkənlərin digər günahlarına baxdıqda bəs? Onlar həqiqətən Dantesə etdikləri xəyanətin mi nəticəsində qorxunc sonluğa məruz qaldılar? Yoxsa..? Bu əsəri yazmış olan beyinə heyran qaldım! Dantesi ayağa qaldıran da intiqam hissi oldu, yerə düşürən də. Və yenidən qalxmasına səbəb nə idi? Yazar bizə hansı mesajları vermək istəyirdi? Sevgidir mi dünyadaki ən böyük qüvvə? Yoxsa Ümid? Yüreğimin sevgili evlatları, yaşayın ve mutlu olun ve Tanrı’nın geleceği insanın gözlerinin önüne sermeye tenezzül ettiği güne kadar tüm insani bilgeliğin şu iki sözcükle ifade edileceğini asla unutmayın: beklemek ve umut etmek!
Monte Cristo Kontu (2 Cilt Takım)
Monte Cristo Kontu (2 Cilt Takım)
Alexandre Dumas
Alexandre Dumas
Monte Cristo Kontu (2 Cilt Takım)
Monte Cristo Kontu (2 Cilt Takım)Alexandre Dumas · Türkiye İş Bankası Kültür Yayınları · 202025,8bin okunma
·
562 görüntüleme
Lalə Nəzirova okurunun profil resmi
Öz dilimizdə incələmə tapdığım üçün sevindim. Kitabı çox gözəl ifadə etmisiniz. Hislərimə tərcüman olmusunuz həqiqətən. Hər səhifəsindən, hətta hər cümləsindən dərs çıxarılacaq əsərdir.
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.