Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

224 syf.
9/10 puan verdi
James Bowen küçə sənətçisidir, küçədə gitarısı ilə mahnı ifa edir. Bir gün qarşısına adını Bob qoyacağı bir pişik çıxır. Sosial mənzildə yaşayan, eroin asılılığından qurtulma proqramına yazılmış və çətin həyatı olan Bowen üçün pişik artıq yükdü. O, yarası olan və tükləri tökülən Boba sağalana qədər baxmaq qərarına gəlir. Bir neçə müddət sonra sağalan Bob Bowenin bütün cəhdlərinə baxmayaraq ondan ayrılmayıb dostuna çevrilir. Özünün görünməz olduğunu deyən Bowen küçədə gitarası ilə mahnı ifa edərkən yanında duran Bob sayəsində insanların diqqətini çəkə bilir. İnsanlar dolayı yolla olsada onunla söhbətləşir. Həyat hamıya yaxşı davranmır. Bowen keçmişdə yaşadığı və küçə sənəti ilə məşğul olarkən qarşılaşdığı çətinliklərdən söz açır. O məcbur qalıb gitara ilə mahnı ifa etməyə son verir. Yeni işi olan küçədə jurnal satmaqda dayağı yenə Bob olur. Bob sevimli olduğu qədərdə dəcəl pişikdir. Kitabda Bobun azda olsa dəcəlliklərini oxuyuruq. "Sokak Kedisi Bob" trilogiyanın ilk kitabıdır. Seriyanın ilk kitabı olduğundan müəllif öz həyatına çox yer ayırıb. Amma maraqlı, oxunası həyat yaşayıb. İkinci kitab "Bobun Dünyası" adlanır. Həmin kitabda Bobdan daha çox bəhs edildiyini düşünürəm. Oxuyub görərəm inşallah.
Sokak Kedisi Bob
Sokak Kedisi BobJames Bowen · Yabancı Yayınevi · 20131,228 okunma
·
88 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.