Gönderi

Ayətəl-Kürsü
Bismillahir-Rəhmanir-Rəhim Əllahu la ilahə illa huvəl-həyyul-qəyyum, la tə`xuzuhu sinətun vəla nəvmun, ləhu ma fis səmavati vəl ərz, mən zəlləzi yəşfəu indəhu illa bi iznih, yə`ləmu ma bəynə əydihim və ma xəlfəhum, və la yuhitunə bişəyin min ilmihi illa bima şaə, vəsiə kursiyyuhus-səmavati vəl-ərzi və la yəuduhu hifzuhuma və huvəl-əliyyul-əzim. (Bəqərə - 255) Bağışlayan və mehriban Allahın adı ilə Allahdan başqa heç bir Tanrı yoxdur. (Zatı və kamal sifətləri ilə hər şeyə qadir olub bütün kainatı yaradan və idarə edən, bəndələrini dolandıran və onların işlərini yoluna qoyan) Əbədi, əzəli varlıq Odur. Onu əsla nə mürgi tutar, nə də yuxu. Göylərdə və yerdə nə varsa, hamısı Onundur. Allahın izni olmadan qiyamətdə onun hüzurunda kim şəfaət edə bilər? İnsanların qarşısında olanı da, arxalarında olanı da (dünyanın keçmiş və gələcək hadisələrini) bilir və onlar Onun elmindən Onun istədiyindən başqa heç bir şeyi bilə bilməzlər. Onun kürsüsü göyləri və yeri əhatə etmişdir. Onları (göyləri və yeri) qoruyub saxlamaq Onun üçün çətin və yorucu deyildir. O, çox uca və böyükdür.
·
1 plus 1
·
98 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.