Gönderi

Darıxarsan mənimçün, Qış qapını kəsəndə, Soyuq məhəllələrdən, Evinə tələsəndə. Çatar çatmaz evinə, Qapını bağlayarsan, Yastığı qucaqlayıb, Oturub ağlayarsan. Deyərsən darıxmışam, Kimsə duymaz səsini, Səsin çıxmasın deyə, Tutarsan nəfəsini. Boğularsan elə bil, Kinində, qəhərində. Nakam məhəbbətlərin, Ayrılıq şəhərində.
·
27 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.