Puan vermedi·272 syf.··
2022 46. kitabı
·
3 günde okudu
·
Okunma: 15 Ekim 2022 15:41
Matt Haigdən ilk oxuduğum kitab "Zamanı necə dayandırmalı" kitabı idi. Adından motivasiya,fərdi inkişaf kitabına bənzəsə də,fantastik janrda idi və çox möhtəşəm şəkildə qələmə almışdı. Kitab hər səhifəsində insanı düşünməyə məcbur edirdi (digər fantastik kitablardan fərqli olaraq) və hal-hazırda ən sevdiyim hamıya tövsiyə etdiyim kitablardan biridir. Yazarın qələminə güvəndiyim üçün bu kitabını da aldım. Aldım amma peşman oldum. Düzü, kitabın adının yenə janrına uyğun olmadığını zənn edirdim. Motivasiya janrında ard-arda çoxlu kitablar oxuduğum üçün artıq bu tip kitabları elə də zövqlə oxumuram. Siz də bilirsiniz ki, motivasiya kitablarının 2/3-si boş olur, yerdə qalan hissənin yarısı təkrar olur,yarısında da müəllifin öz həyatından parçalar olur.Matt Haig 20 yaşlarında depresiya dövrü keçirib. Bu dövrdə aldığı dərslərdən yola çıxaraq bu kitabı yazıb. Əslində yazmasa da olardı çünki depresiya dövrünü yazar adına layiq keçirməyib. Onun səhvi xoşbəxtliyi hər şeyin zirvəsində hesab etməsi idi. Hətta onun 20li yaşlarında narkotik və alkoqolda çarə,xoşbəxtlik axtardığı da olub. Depresiyadan çıxmağın o qədər düzgün yolu olduğu halda ən səhv olanını seçmək...Bir sözlə keçid dövrünü çox pis keçirib Bir şeyi də bəyənmədim ki, yazarlıq səviyyəsinə necə gəlib çatıb kaş onu da qeyd edərdi. Son sözüm, keçid dövründə və ya depresiyada olanlar, bu janrda çox az kitab oxuyanlar bu kitabdan yeni aforizmalar öyrənə bilər. Kitab sizə müəyyən qədər motivasiya ola bilər. Amma əksəriyyətin zövqünü oxşayacaq kitab deyil. .
Rahatlama KitabıMatt Haig · Domingo Yayınevi · 20225,5bin okunma
·
60 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.