Puan vermedi·208 syf.····Okunma: 23 Aralık 2022 22:42 "Fahrenheit 451" oxuduğum ən fərqli əsərlərdən biri oldu. Ray Bradbury 1953- cü ildə yazıb, amma hadisələr sanki 2050 ci illərdən bəhs edir. Burada hökümət insanlara kitablar insanın ən böyük düşməniymiş kimi bir fikir aşılayır , kitab , şeir oxumağın insana dərd gətirdiyini , onlar oxunmazsa xoşbəxt olacaqlarını söyləyir. Bu əsərdə yanğınsöndürənlər yanğın söndürmürlər , kitab gördükləri zaman onları yandırırlar. "Fahrenheit 451 " isə kitab vərəqlərinin yandığı temperaturdur. Kitabı oxumağı tövsiyə edirəm , məncə ən yaxşı "bilim - kurgu" kitablardan biridir.