Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

398 syf.
·
Puan vermedi
·
7 günde okudu
Müəllifin qələmindən oxuduğum 2-ci və 2023-cü ilin ilk kitabı
ʙᴇʟᴋɪ ɪʏɪʟᴇʀ ᴍᴀsᴀʟʟᴀʀᴅᴀ, ʜᴏʟʟʏᴡᴏᴏᴅ ꜰɪʟᴍʟᴇʀɪɴᴅᴇ ᴠᴇʏᴀ ʀᴏᴍᴀɴʟᴀʀᴅᴀ ᴋᴀᴢᴀɴıʏᴏʀᴅᴜ, ᴀᴍᴀ ɢᴇʀçᴇᴋ ᴅüɴʏᴀ ᴋöᴛüʟᴇʀᴇ ᴀɪᴛᴛɪ. Psixiatr Jan Forstner uğursuz evlilikdən və işini itirdikdən sonra doğulduğu yerə - Kahlenberg'ə geri dönür. İyirmi üç il əvvəl itkin düşmüş qardaşına, həmin ərəfədə yol qəzasında həlak olan atasına görə özünü günahlandıran Jan mənəvi olaraq çökər və bütün bu baş verənlərin naməlum səbəbləri onu uzun müddət narahat edər. Kitabı böyük bir həvəs və maraqla oxumağa başladım, çünki bu Wulf Dorn'dan oxuduğum ilk kitab deyildi; müəllifin tərzinə az-çox "Psikiyatrist" kitabından bələd idim. O kitab məni hər səhifəsində necə intizarda saxlayırdısa, burada da həmin həyəcanı yaşaya bildim. Sonu heç gözləmədiyim tərzdə bitdi ki, bu da müəllif qələminin özünəməxsusluğudur. Əvvəlki əsərində adı çəkilən "Orman kliniği"nə burada da rast gəlmək mənimçün gözlənilməz və maraqlı oldu. Hadisələrin axıcı irəliləməsi oxucunu psixoloji macəraya yönləndirir. Ümumiyyətlə, Wulf Dorn'un əsərlərində bəyəndiyim və diqqətimi çəkən əsas cəhət hər fəslin müəyyən hadisəni əks etdirməsi və bu hadisələrin bir-biri ilə sıx bağlılığıdır. Əsərdə bəyənmədiklərim də oldu, təbii ki. Birincisi, obrazların sayı çox idi və bəzilərinin adları qarışıqlıq yaradırdı. İkincisi isə, əsərin adının niyə "Şizofren" olduğu mənə bir az qaranlıq qaldı; əsərin məzmununu bu anlayışla əlaqələndirə bilmədim. Əlbəttə ki, bəzi obrazların həyatı ilə tanış olduqda davranış və hərəkətlərində şizofreniya əlamətlərini görmək mümkündür, lakin düşünürəm ki, bu, bütün kitabın belə adlandırılmasına səbəb deyil. Məncə, bunlar o qədər də böyük qüsurlar sayılmaz. Kitabı oxumağı triller, detektiv, qorxu janrı sevən hər kəsə məsləhət görürəm. Hər kəsə xoş mütaliələr!
Şizofren
ŞizofrenWulf Dorn · Pegasus Yayınları · 20165,4bin okunma
·
422 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.