·112 syf.··Beğendi
···Okunma: 02 Ocak 2023 19:37 Nə vaxtsa oxuduğum hansısa kitabın, bizi insan edən şeylərə (əvvəlki düşüncəmlə) görə məni utandıracağını düşünməzdim.
Bu mütaliə bizə yaşadığımız evin, əynimizdəki paltarın, cibimizdəki pulun, sahib olduğumuz əşyaların, işlədiyimiz işin, dayanmadan düşündüyümüz ağlımızdan çıxarmadığımız fikirlərin, özümüzləşdirməyin və ən əsası nə qədər istəsəkdə saxlamaqda aciz olduğumuz, əlimizdən uçub gedən zamanın həyatımızdakı vacibliyindən danışır.
Adı çəkilən şeylərin daha az önəmli olduğu bir dünya insanların xoşbəxtliyiylə tərs mütənasibdir. Bu şeyləri gözümüzdə kiçiltmək bizə ancaq mənəvi rahatlıq gətirə bilər. Dünyəvi şeylərə daha az dəyər verənlərin mütləq oxuması olduğu kitablardandır. Buradakı tanrı anlayışından yazmağı artıq bilirəm, hamının fərqli inancı var, hamısına hörmətlə yanaşılmalıdır. Xoş mütaliələr.