Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Cəhd eylə, sən ancaq nəzəri-xəlqdə pak ol
Cəhd eylə, sən ancaq nəzəri-xəlqdə pak ol, Məxluqu inandır; Xasiyyətin od olsa da, ətvardə xak ol, Sök aləmi, yandır; Xalqın nəzərin cəlb elə qurşağa, qəbayə, Məclubi-üyun ol; Hər hiyləvü bicliklə gir, əlbəttə, əbayə, İmanə sütun ol; Səy eylə ki, saqqal uzanıb üç çərək olsun, Papaq ona nisbət; Qurşaq da, bilirsən ki, on arşın gərək olsun, Təfsilə nə hacət.... Qoyma yerə təsbihini, əl çəkmə duadən, Övrad oxu daim; Məclisdə çəkib tut özünü, ol nücəbadən, Söz söylə mülayim; İştə geyinib məzhəbi, imanı büründün, Pək möhtərəm oldun; İndi nəzəri-xalqda sən pak göründün, Əhli-kərəm oldun; Başdan-ayağa əmnü əman oldu vücudun, Zöhd ilə bitişdin; Nolmaq diləyirdinsə haman oldu vücudun, Məqsudə yetişdin! Vəqt oldu ki, indi edəsən aləmi talan, Tut, qoyma qaçanı! Hökm indi sənindir, dəxi çək işlərə saman, Yığ müşkül açanı; Dul övrətə bidad elə, eytamə xəyanət, Xovf etmə əcəldən; Məkr isə özün qıl, oxu şeytana da lənət! Şad ol bu əməldən, Əl çəkmə hiyəldən, Təzvirü dəğəldən, İmanı da versən, Vermə pulu əldən!
·
5 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.