Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Vəqta ki, qopur bir evdə matəm
Vəqta ki, qopur bir evdə matəm, Təşkil edilir büsati-ehsan, Mə’lumlər əyləşir müəmməm, Təfrih ilə əllərində qəlyan, Ev sahibinin xəyalı bərhəm, Əfkarı qonaqların fisincan, Bişdikcə qazan-qazan mütəncəm, Gəldikcə tabaq-tabaq badımcan –  Yad et məni, yağlı-yağlı yad et! Vəqta ki, əsas olur mürəttəb Məcmuəyi-nazü ne’mət ilə, Sərsüfrədə səf çəkir müəddəb Eyzən nücəba mətanət ilə, Dərvazədə əhli-fəqr: “Ya rəb! Ya rəb!..” çağırır zəlalət ilə; Sərsüfrədə dadlı-dadlı şərbət, İçdikcə qonaqlar əldə fincan, Dərvazədə həsrətü nədamət, Olduqca nəsibi-müstəməndan –  Yad et məni, qəmli-qəmli yad et! Vəqta gətirir bir əhli-sərvət Minheysi-zəkat bir qədər pul; Seyfül-üləma edib icabət, Övradə olur və leyk məşğul; Yə’ni ki, müqəddəsəm həqiqət (?) Mən fazili-əsr, xəlq məfzul. Məbləğ tökülüb hüzurə lay-lay, Olduqda həvaleyi-cibişdan, Həqqül-füqərayə şeyx: “Oxqay, Bəllə’tü” deyib udanda pünhan  Yad et məni, gizli-gizli yad et!..
Sayfa 120Kitabı okudu
6 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.