Gönderi

167 syf.
10/10 puan verdi
·
24 günde okudu
Alıntılar çox və uzun olduğuna görə kitabdan heç bir alıntı paylaşmayacağam ,çünki bunun üçün vaxtım yoxdur. Kitab bioqrafiyadır, yazarın qələminə və Annanın bütün həyatını belə yığcam və gözəl formada yazmağına 10/10 bal, Anna Freudun həyatına və xarakterinə isə 100 bal verirəm və Annanı qəlbimə basıram. Həyatı boyunca özüylə və ətrafıyla savaşda olan, atasının (Sigmundun) qızı adıyla yox, Anna Freud adıyla tanınmaq üçün əlindən gələn hər şeyi edən və uşaq psixoanalizinin kraliçası olmağı bacaran əziz Anna. Atasına qarşı olan qeyri-adi sevgisi və qısqanclığı həyatını, gələcəyini fəda etməsinə səbəb olur və atasının xəstə olduğu illərdə bir tərəfdən analiz işinə davam edib bir tərəfdən atasının həmşirəliyini edir. Həm hüquq diplomu alır ,uşaq və ədalət mövzuları haqqında kitablar yazır, həm uşaq analizi üçün yurdlar və mərkəzlər açır, həm də öz uşaqlığında yaşadığı sancıları başqa uşaqlar yaşamasın deyə ana olmadan bütün uşaqlara analıq edir. Atası öldükdən sonra atasına qarşı yönlədirilən bütün ittihamları məhv etməkdən ötrü canla başla çalışır, eyni zamanda onun xatirəsini yaşatmaq üçün önəmli olan bütün işləri, kitabları toplayır, tərcümə etdirir. Atası və dostları tərəfindən hər dəfə başqa mənalara gələn ləqəblərlə çağırılmış olsa da, məncə 'bakire ölen bir anne' Annaya verilə biləcək ən gözəl ad olubdur. Kitabxanada rastgələ əlimə alana qədər adını eşitməmiş olmağıma görə çox məyus, eyni zamanda gecikmədən tanıya bildiyimə görə də çox xoşbəxtəm.
Anna Freud - Bakire Ölen Bir Anne
Anna Freud - Bakire Ölen Bir AnneŞehnaz Tuna · Destek Yayınları · 202190 okunma
·
116 görüntüleme
İnci Zadə okurunun profil resmi
Sayəndə oxuma siyahıma girdiyi üçün mən də xoşbəxtəm <3
admiral914 okurunun profil resmi
😍😍😍çox sevindim efenim, kaş daha çox insana oxuda biləydim
1 sonraki yanıtı göster
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.