Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

120 syf.
7/10 puan verdi
·
6 günde okudu
Son cümlənin təsiri
Stefan Zweig mənim əsərlərini oxumağı ən sevdiyim yazıçılardandır. Yazıçının digər əsərləri kimi bu əsər də çox təsirli və düşündürücü idi. Son cümlə ilə əsər boyu oxuduğumuz hekayənin, bütün əsərin tamanlandığı bir əsər idi. Kitabın ümumi mənası anlatmaq istədiyi fikir çox açıq idi və bunu 113 səhifədə çox aydın anlatmışdı yazıçı. Bəzi hissələr mənə nisbətən sıxıcı gəlsə də ümumi ələ aldıqda əsəri bəyəndim. Bir insanın daxili aləmini, özü ilə daxili mübahisəsini Zweig o qədər möhtəşəm təsvir edir ki. Həmçinin bu əsərdə də gənc, varlıqlı bir kişinin özü ilə, daxili aləmi ilə olan çatışmasını oxuyuruq. Əsərin anlatmağa çalışdığı əsas fikir məncə bu şəkildə idi: "Bu həyatı içindən gəldiyi kimi yaşa. Həyatın sənə təqdim etdiyi kimi yox, özün kimi yaşa. Xoşbəxtlik özün ola bilmədir." Əsərin ən bəyəndiyim alıntısı və ən təsirli cümləsi: "Nə vaxtsa özünü tapmış adam, bir daha bu dünyada heç nə itirməyəcək və nə vaxtsa içindəki insanı anlayan adam, bütün insanları anlayacaq."
Möcüzəvi Gecə
Möcüzəvi GecəStefan Zweig · Parlaq İmzalar Nəşriyyatı · 2019143,9bin okunma
·
19 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.