Gönderi

Abbas Mirzə və Azərbaycan-Əminə Pakrəvan
Şahzadə, İngiltərənin yardımını etimadla, güvənərək qəbul etmədi. Çünkü İngiltərənin Hindistanı necə işğal etməsi haqda, xüsusən Fransa heyətindən bilgi almışdı. Öncə Hindistana yardım amacı ilə gəlmiş, sonra tacirlərini oraya sövq etmiş, yavaş-yavaş ölkənin bütün hərbi və iqtisadi mərkəzlərini ələ keçirdikdən sonra da açıq işğala keçmişdir. Bütün bunlara baxmayaraq onun xidmətində çalışan ingilis zabitlərlə ehtiyatla davranır, onlara hörmət edir, bilgilərindən ordusunun yararlanmasını sağlayırdı. Lakin James Morierin (Cemz Moryer) də ifadə etdiyi kimi, Şahzadə hər zaman fransız təmsilçilərin təəssübünü saxlayırmış.
·
9 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.