Gönderi

İnsanlar səni öldürəcəklər. Siranuş: - Mən yaxşı insan gəzirəm. - Yaxşı insan yoxdur. - Mən insanı tapsam, başa salacağam, yaxşı insan edəcəyəm, bir-birini öldürməsinlər. Pələng Siranuşun yanınca addımlayırdı. - İnsanlar bizi başa düşmədi, ona görə onlardan üz döndərdik, onlara düşmən kəsildik,- pələng dedi. Siranuş: - Mən yaxşı insanların yanına gedirəm, sizi barışdıracağam. Pələng sözünə davam elədi: - Biz heç vaxt barışmarıq, onlar bizim ata anamızı öldürüblər, yenə də öldürəcəklər.
·
132 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.