Gönderi

Dərd eləmə bir dənəm, bütün cahan düzülə Qoymaram ki, ümidim, əlim səndən üzülə. Üzümdən, ətəyimdən qan süzülə-süzülə, İzindən öpə-öpə gəlib taparam səni. Ötürdüm hər bəlanı, gəlib çatdım son yerə Sən ey zirvələr quşu, bircə dəfə qon yerə Parçalansam yüz yerə, min yerə, milyon yerə, Bilirsən ki, yenə də sevər hər param səni Əvvəlimiz zərrələr, ilkinimiz balıqsa, Bizdən sonra dünyaya beş-on sümük qalıqsa Hər tərəf uçurumsa, hər yan xarabalıqsa, Hara qaçırım səni? Hara aparım səni? Gəlmirsə məndən sənə bircə cığır səbir elə, Əlini aç göylərə məni çağır, səbir elə Mən dedimsə gələrəm əvvəl axır səbir elə, Səbrindən dözümündən gəlib öpərəm sənin. Qolların ömür yolum, uzat sinəmə sarı Uzat başına dönüm, sarıl ömrümə sarıl Sənsiz bir ömür yarı, həyat yarı, can yarı Mən bu ruhdan bu candan necə qoparım səni?
·
32 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.