Gönderi

9/10
·544 syf.··
2023 2. kitabı
·
7 günde okudu
·
Okunma: 13 Ocak 2023 02:45
Kitabı çox bəyəndiyimi,yazıçının dilini və insanın qəlbinə bəsit sözlərlə toxunuşunu vurğulayaraq rəyimə başlamaq istəyirəm. Kristin Hannahın qələmində həm axıcılıq,həm duyğusallıq sadə və bir o qədər təsirli dillə birləşib. Hadisələri oxuyarkən,sanki,romanın içindəydim, müharibənin qaranlıq tərəflərini eynən İsabelle və Viann kimi mən də yaşayırdım. Obrazlar o qədər güclü,ailəsinə bağlı,cəsur qadınlar idiki, yadımda qalacaq ən sevdiyim obrazlardan oldular. Viannın dediyi kimi -“Hekayələri kişilər danışır,qadınlar həyatlarına davam edər. Bizim üçün medallar verilmədi,adımız tarix kitablarında keçmədi”. Adı tarix kitabında keçməyən minlərlə cəsur qadınların adından yazılmış roman. Sevmədiyim cəhəti isə sonluğu oldu. Sonluğunu biraz daha uzun və ya daha detallı istəyərdim. Buna baxmayaraq olduqca təsirli bir kitab olduğunu əminliklə deyə bilərəm.
BülbülKristin Hannah · Pegasus Yayınları · 20227,8bin okunma
·
203 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.