Gönderi

Çırpınırdın Qara dəniz Baxıb Türkün bayrağına! "Ah!.." deyərdin, heç ölməzdim Düşə bilsəm ayağına! Ayrı düşmüş dost elindən, İllər var ki, çarpar sinən!.. Vəfalıdır gəldi, gedən, Yol ver Türkün bayrağına! İncilər tök, gəl yoluna Sırmalar səp sağ, soluna! Fırtınalar dursun yana, Salam Türkün bayrağına! ... Dost elindən əsən yellər, Bana şeir, salam söylər! Olsun bizim bütün ellər Qurban Türkün bayrağına! Yol ver Türkün bayrağına!!.
··
42 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.