Gönderi

656 syf.
·
Not rated
·
Read in 51 days
Kiçik Pipin Böyük ümidləri
Son zaman keçən soyuq havalarda mətbəximizdə yağlı çörək yeyəndə Pip və Conu xatırlayıram. Yağlı çörək yeməyə də Piplə tanış olduqdan sonra başladım :) "Böyük Ümidlər" Charles Dickensdən oxuduğum ikinci kitabdır. Adından da göründüyü kimi kitab balaca Pipin böyük xəyallarıyla olan çətin sinağından bəhs edir. Pip çətin şərtlərlə və şiddətlə böyüyən, lakin xəyal dünyası daim böyük olan uşaqdır. Bacısı Miss Qarceri Pipin həyatını çətinləşdirən və dözülməz edən, bərkə də oralardan çıxıb getməsinin əsas səbəblərindəndir. Məncə kitabın digər uşaq obrazı balaca Pipin yaxın dostu olan, onu hər zaman bacısından qoruyan, ürəyi mərhəmətlə dolu olan Codur. Pipin həyatının dönüm nöqtəsiysə qarşısına çıxan fürsətlə balaqlığı tərk etməsiylə başlayır. Yaxın dostu Codan ayrılır, xəyalları və Estallanın ardıyca böyük ümidlərlə gedir. Pip yeni həyatının onda sərxoşluq təsiri buraxmasıyla uşaqlıq dostu Conu unudur. Co onun kübar yeni həyatıyla ziddiyyət yaratmış olur. İsdər böyük əlləriylə, dəmirçi geyimiylə, isdərsə də yöndəmsiz hərəkətləriylə. Lakin əsərin sonunda Conu xoşbəxt görmək məni sevindirdi. Pipin arzuladığı kimi xəyalları gərçəkləşməsə də, puç oldu deməzdim. Bəs bu yola çıxmasaydı nə olardı? Bataqlıqda qalıb dəmirçi kimi həyatını davam etdirə bilərdi. Amma o zaman Codan sonra qazandığı Herbertlə tanış olma fürsətini itirərdi və özünü, kim olduğunu tapa bilməzdi. Pip, xəyalların puç olmadı, sadecə doğru olan bu idi. Sadə və aza qanə olmağı bacarmaq.
Büyük Umutlar
Büyük UmutlarCharles Dickens · Can Yayınları · 201714.3k okunma
19 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.