Gönderi

8/10
·408 syf.··
Beğendi
·
2023 2. kitabı
·
9 günde okudu
·
Okunma: 18 Ocak 2023 17:40
Qələmini sevdiyim yazarın psixoloji detektiv romanı. Detektiv sevməyən biri olaraq psixoloji tərəfinə daha çox fokuslandım bu kitabda. Açığı yazıçının digər əsərlərinin yanında bu kitab bir qədər zəif qaldı. Ümümi olaraq insanın üzərində yaxşı təəssüratlar yaradır deyə bilərəm. Yazıçının sevdiyim bir tərəfi kitabda keçən məkanları tam təfərrüatı ilə əks etdirməsidir. Bu kitabdakı hadisələr İrlandiyada baş verir. Yazıçı İrlandiyanın qədim tarixindən, abidələrindən, inanclarından, əfsanələrindən geniş bəhs edərək bizi həmin məkana səyahətə aparır. Kitabın mövzusu haqqında yazmaq istəmirəm çünki spoiler vermə ehtimal çoxdur ;) Kitabın psixoloji tərəfinə gəlsək kifayət qədər insana təsir edib düşündürür. Özünlə bağlı bir götür qoy etməyə, düşünməyə vadar edir. Hətta səhvlərini analiz etməyə kömək edir deyə bilərəm. Özüm üçün kiçik bir qeyd: Şon Onil obrazının özünübəyənmişliyi, özündənrazılığı mənə birini xatırlatdı :))
1000Kitap
AbaddonRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyat Evi · 2024763 okunma
·
417 Gösterim
2 Yorum
Lütfen giriş yapınız.
Oxuduğum 3 kitabı içərisində ən sevdiyim bu kitab olmuşdu, digər kitablarıyla süjet xətti bənzər olsa da, bunda hər şey daha əyləncəli, həm də həyəcanverici idi. Nə vaxtsa 2cisinin çıxacağını deyirdilər ümid edirəm çıxar
Kitab qoxusu
Gönderi Sahibi
Mənsə digərlərinə nisbətdə daha az sevdim, bəlkədə detektiv mənə uzaq janr olduğu üçündür. Amma ümümi götürsək uğurlu romandır. Ümid edirəm ki tezliklə 2 ci hissə nəşr olunar ☺️
Yazıçının ən sevdiyim kitabı budur, daha sonra isə "Relslər üzərində uzanmış adam" :)
Kitab qoxusu
Gönderi Sahibi
Miss Hacker mütləq oxumalısan minnoş 🤓