Puan vermedi·144 syf.··Beğendi
· İnsanların qəlblərini bilmək olmur. "Pis insandır", "bunun özünə xeyiri yoxdur", "nə insafı var, nə mərhəməti" dediyimiz biri, bir də görürsən 360 dərəcə dəyişib olub yaxşı insan. "Yaxşı insan" yox, yaxşı insan.
Bu illuziya bitəndə bəlkə də kimlər-kimlər görəcəyik heç özümüz layiq olmadığımız yerlərdə.
Necə? Axı necə olur bu?!
Həyatında ömrü boyu pisliklər eləmiş biri necə sadə bir şeydən sonra dəyişilir?! Hər gün susuz itlərə su verən sıradan həyatını yaşayan bir insan dəyişmir, amma ömrünü hər kəsi incitməklə keçirən, ruhunu öldürmək üçün əlindən gələn hər şeyi edən biri bir əlacsıza əl tutmaqla dəyişir.
Kitabın birinci hissəsindəki hekayəni ya mən anlamadım, ya da duyğularım yetmədi. Amma ikinci hissəsi...
Ordakı kiçik bir məqam. Vasiliy Andreyiçin bir anda dəyişməsi..
İnsanları yarğılamayın. Çünki qəlbləri kimsə bilmir.