Puan vermedi·430 syf.····Okunma: 24 Ocak 2023 22:29 Bütün kitabı həyəcanla, həvəslə və ən əsası duyğulanaraq oxudum. Məryəmin üzünə heç vaxt gülməyən həyat, Leylanın ailəsinin ölümüylə başlayan talehsiz, amma sonda az da olsa üzünün gülməsinə şans verən həyatı, bir savaş uğruna məhv olan günahsız uşağların həyatı, dağılan ailələr, gözü yaşlı hekayələr, nələr nələr. 1 parça torpaq, dominantlıq duyğusu uğruna verilən savaşların necə fəlakətlərə yol açdığını, övladlarının fikirlərini düşünmədən sırf başqaları nə deyər, necə qarşılayar deyə öz əlləri ilə cəhənnəmə necə yola saldıqlarını, sonradan peşman olsalar belə bunun heç bir işə yaramadığını, günahsız normal bir gün üzü belə görməmiş yaxşı insanların necə məhv olduğunu göstərən bir kitab idi. Həyatın acı həqiqətlərini göz önünə sərən bir kitab. Kaş heç kimin həyat yolu bu mübarizələrdən keçməsəydi.. Seçimlərinizə və sevdiklərinizə sahib çıxın. Sonrakı peşmançılıq..