Puan vermedi·424 syf.··
Beğendi
·
2023 2. kitabı
·
15 günde okudu
·
Okunma: 26 Ocak 2023 01:01
Müəllifdən oxuduğum üçüncü kitabdır.Hələ "Bu şəhərdə kimsə yoxdur" romanını oxuyanda R.Abdullaoğlu qələminə heyran qalmışdım. Mərhəmət,sevgi kimi ülvi hisslərin bütün şərlərə, müharibələrə və çətinliklərə qalib gələcəyinə inanan insanlar üçün yazılmış bir kitab...Böyük siyasi fiqurlar tərəfindən manipulyasiya edilərək bir-birinə düşmən kəsilən serblər və bosniyalılar.Müəllifin də qeyd etdiyi kimi heç kəs "Nəyə görə əsrlərlə qardaş kimi yaşamış xalqlar və müxtəlif dinin nümayəndələri bir anın içində ən amansız düşmənə çevrildilər?" sualına cavab verə bilməz.Spoiler vermək istəmirəm,müəllif hər məqama çox incəliklə toxunub,əsərin ərsəyə gəlməsində çox böyük zəhmətin olduğu danılmazdır.Balkan xalqlarının tarixindən,xarakteristikasından, mədəniyyətindən tutmuş dinlərə,insan psixologiyasına,dünya ədəbiyyatına qədər bütün həyati mövzular da daxil olmaqla yer ayrılan möhtəşəm bir kitab.Həm düşündürür,həm öyrədir.Ən əsası müharibə adlı dəhşəti ,onun hələ illər sonra da yaratdığı qaçınılmaz travmaları ustalıqla oxucuya çatdıran roman.Hər nəsil müharibədən bir pay aparır deyən yazıçı qadınların ən çox ziyan çəkən olduqlarını qabartması demək olar ki,əsərin əsas süjet xəttini təşkil edir.Oxuyarkən o dəhşətli səhnələri təsəvvür etmək belə iyrəncdir,utancvericidir.Hər dəfə əsirlərə qarşı amansız davranan serb əsgərlərini,komandirlərini "Əsir düşərgəsi" və "Erməni zindanında 8 gün" əsərlərindəki mənfur düşmənlərimizlə müqayisə edirdim.Aralarında demək olar ki,fərq yox idi.Onlar hər biri yuxarıdan verilən əmrləri icra edirdilər.Amma əgər bir əmr insan şərəfinə ziddirsə,onu icra etməməlidir və bu cür əmrlər onu məsuliyyətdən azad etmir.Romanın xüsusilə müharibədən bəhs edən hissələri çox kədərlidir.Başlıqları çox mükəmməl seçilib,başlıq belə düşündürür, nəsə mühüm bir məna ifadə edir.Bilgilərinizi,dünyagörüşünüzü çox artıracaq bir kitabdır.Bəyənmədiyim tək cəhəti birdən birə 3 cü şəxsdən 1-ci şəxsə ya da əksinə keçidlər oldu,hətta həmin hissələri bir neçə dəfə təkrar oxumalı oldum.Bir də əgər müəllifin "Çətin olsa da həyat davam edir " psixoloji kitabını oxumusuzsa,orda nəzəri cəhətdən yazılmış hər bir fikrin bu kitabda bir nümunəsini,tətbiqini görmüş olacaqsız. Son olaraq, oxumağınızı çox tövsiyə edirəm,ikinci dəfə oxumağı belə düşünürəm.
Relslər Üzərinə Uzanmış AdamRövşen Abdullaoğlu · Qədim Qala · 20201,813 okunma
·
101 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.