Süjetin bitkin dramaturgiyaya malik olduğunu düşünmürəm. Bəzi obrazlar mənasız yerə artırılmış təəssüratı oyadır. Məsələn, hansısa döyüşçü haqqında ayrıca hissə verilir, sonra onun sevgi xəttinə toxunulur, vəssalam. Bir qədər sonra eyni hal başqa yeni obrazlarla təkrar olunur. Başqa səhnələrdə bu qəhrəmanların süjetə qaynayıb-qarışdığının şahidi olmuruq. Bu baxımdan konkret hadisələr arasında fantaziya kasadlığı hiss olunur. İsmayılın əsərin ilk fəsillərində hər dəqiqə başı bu qədər yatmaq səhnələrinə (?!) yer ayırmaq nəyə lazım idi, anlamadım.
Lakin mövzu etibarilə olduqca əhəmiyyətli əsərdir. Yazıçı ilə ilk tanışlığım idi. Əlisa Nicatın Səfəvilər tarixinə Fərman Kərimzadə və Əzizə Cəfərzadən daha əvvəl müraciət etdiyini biləndə çox təəccübləndim.