Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

286 syf.
8/10 puan verdi
·
14 günde okudu
Həyatın özündən
Kitabdakı xatirələrin təməli 1886-cı illərdə İtaliyada yazıçı Edmondo de Amiçisin oğlu tərəfindən gündəliyə yazılır. İlin axırında Edmondo de Amiçis bu qeydləri toplayaraq və bəzi düzəlişlər edərək gündəliyə öz qeydlərini də əlavə edir. 4 il sonra isə həmin uşaq yazıları oxuyub bəzi əlavələr edib. Kitabda hər mövzuya toxunulub demək olar ki. Dostluq, xeyirxahlıq, vətənpərvərlik, vətən sevgisi, ailə dəyərləri, valideyn sevgisi, elmi dəyərlər, zəhmətin bəhrəsi. Bəzi yerlərində təsirlənə bilərsiniz, bəzilərində uşaq kimi sevinə bilərsiniz. Hadisələr çox ətraflı və gözəl şəkildə təsvir olunub. Tərcüməçi İmanyar Quliyevin də dediyi kimi; hadisə və təsvirlərə uşaq ürəyinin kövrəkliyi, uşaq dünyasının zərafəti hopub. Həyat uşaqların gözündə necə də gözəl və mənalıdır. Sevginin, birliyin, xeyirxahlığın qısacası uşaq saflığının, paklığının bütünləşdiyi bu kitabı oxumaq zövqlü idi. Bir sevmədiyim məqam o idi ki valideynlər uşağa bir az vicdan yükləyirdilər sanki. Hər şeyin əskik tərəflərini göstərib, həyatları müqayisə edirlər dərhal. Hal bu ki, müqayisə hər zaman effektiv bir çıxış deyildir mənə görə.
Uşaq Ürəyi
Uşaq ÜrəyiEdmondo De Amicis · Qanun Nəşriyyatı · 017,4bin okunma
·
582 görüntüleme
Bu yorum görüntülenemiyor
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.