İndi də Çepovani yaxınlığında böyük bir məzar daşı vardır. Bu daşın üstündə aşağıdakı sözlər həkk olunub:
"Rahat yat, Azərbaycanın qəhrəman oğlu, bizim sevimli Mehdimiz!
Sənin azadlıq naminə göstərdiyin qəhrəmalıq, dostlarının qəlbində əbədi yaşayacaqdır."
Bəli, insanlar heç vaxt Mehdini unutmayacaqlar; çünki o, insanların yaşaya bilməsi, dünyanın çiçəklənməsi uğrunda həlak olmuşdu!..