Gönderi

359 syf.
10/10 puan verdi
·
3 günde okudu
Müasir dünya ədəbiyyatını o qədər də bəyənmirəm əslində, çünki hadisələri çox dramatikləşdirirlər, hər obrazın qalıcı travması olur. Ona qalsa, kimin travması yoxdur ki? Gəlin hamının hekayəsi üçün kitab çıxaraq. Nəysə, bu yazı digər kitablara edilən üsyan deyil, oxuduğum kitaba qarşı fikirlərim barədə olduğu üçün şikayətlənməyi dayandırıram. Mən bu kitabı alanda haqqında heç nə bilmirdim, adından savayı. Niyə aldığımı bilmədən, refleks olaraq aldım, çünki kitab mağazasında görəcəyimi düşünməmişdim, amma bu kitab rastıma çıxdı və mən də aldım. Heç peşman da deyiləm əslində. Adıyla bağlı gözləntilərim özünü doğrultmadı, fərqli bir hekayə ilə rastlaşdım. Bir yeniyetmənin (xaraktercə bənzədiyimi düşündüyüm yeniyetmənin) özünə dost tapması, ailəsi olan bağlarını gücləndirməsi mənim üçün maraqlı idi. Kitabın mənə aşıladığı hissləri sevdim. Və bir də kitabda artıq nələrsə, mürəkkəb intriqalar yox idi, münasibətləri anlamaq rahat idi. Bu kitabı sevdim.
Aristotle and Dante Discover the Secrets of the Universe
Aristotle and Dante Discover the Secrets of the UniverseBenjamin Alire Sáenz · Simon & Schuster Books · 20122,302 okunma
·
146 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.