Gönderi

Puan vermedi·504 syf.··
2023 2. kitabı
·
48 günde okudu
·
Okunma: 23 Ocak 2023 22:13
"Kayıp Tanrılar Ülkesi" dedektiv romanı olub , Türk əsilli polis Yıldızın rəssam soydaşına qarşı törədilmiş amansız cinayəti araşdırması , araşdırma zamanı qarşılaşdığı "Neonazilər yoxsa ailə tragediyası?" kimi çətin suallara cavab axtarışından bəhs edir. Müəllifin kitabı yazmaqda əsas məqsədlərindən biri (özünün də qeyd etdiyi üzrə) yüksək tarixi əhəmiyyəti olan Berqama şəhərinin vaxtilə dəyərinin anlaşılmaması və mifoloji baxımdan baxımdan dəyərli qazıntıların almanlara satılmasına diqqət çəkmək idi. Hansı ki, sözügedən tarixçə kitabda da öz əksini tapıb. Kitabın özünə gəldikdə isə , orta bir dedektiv janrı həvəskarı olaraq kitabı oxuyarkən sıxıldığım yerlər çox az oldu. Çünki kitabda təkcə qatilin axtarılması ilə yetinməyib , eyni zamanda Yunan mifologiyası və insanlığın üz qarası olan irqçilik mövzusuna geniş yer verilirib. Sıxıldığımı hiss etdiyim yerlər isə sonlara yaxın - hekayə-mifologiya əlaqəsinin yavaş-yavaş qopmağa başladığı hissələrdə oldu. Dan Brown qələmini sevənlər üçün tövsiyə olunur. Son olaraq, əsər mənə orjinal dildə yazılmış kitab ilə tərcümə olunmuş kitab arasındakı böyük fərqi xatırlatdı. Bunu oxuduğum hər sətirdə hiss etdim..
Kayıp Tanrılar ÜlkesiAhmet Ümit · Yapı Kredi Yayınları · 202328,1bin okunma
·
24 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.