Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

200 syf.
8/10 puan verdi
·
Beğendi
·
24 saatte okudu
Varis Yolçuyev əsərlərini sevərək oxuduğum yazıçılarımızdandır. Romanları özünəməxsus yazı üslubu, axıcılığı və dilinin şirinliyi ilə seçilir. Hər zamankından fərqli olaraq, yazıçı "Metamorfoz" adlı bu kitabında bizlərə irihəcmli roman deyil, kiçik povest və öz avtobioqrafiyasını təqdim edir. Kitabın ilk 60 səhifəsini  "Mənim avtoportretim və ədəbiyyatımızın portreti" başlığı altında verilmiş hissə təşkil edir. Burada yazıçı sənətə gəlməsindən, hansı yollardan keçdiyindən, həyat və yaradıcılığından və s. mövzulardan qısaca söhbət açır. "Yaxşı yazıçı həm də yaxşı  oxucudur",- deyən Varis burada kitablara olan sevgisini, oxuduğu və çox bəyəndiyi kitabların adlarını da qeyd etmişdir. Ədəbiyyat, dünyada ədəbiyyatımızın təbliğ olunması haqqındakı fikirlərini, xüsusilə çox bəyəndim ( #194702089 , #194702355 , #194703163 və s.). Oxuduqca yazıçının tövsiyyə etmiş olduğu yazıçı, kitab və musiqilərdən; ədəbiyyat haqqındakı bəyəndiyim yazılarından qeydlər götürdüm. Kitabın ikinci hissəsində "Metamorfoz" (Bir gecənin əhvalatı) adlı povest yer alır. Metamorfoz sözünün açıqlamasını belə verir yazıçı: #194790729 Və povestin niyə "Metamorfoz" adlandırıldığı hekayənin sonuna doğru bəlli olur. Əsər "Yeni İl" axşamı qəribə təsadüf nəticəsində beş müxtəlif taleli, bədbəxt "cinayətkar"ın yollarının kəsişməsindən və onların həyat hekayələrindən bəhs edir. Qısa olmasına rəğmən, gözəl əsərdir. Xoş mütaliələr.
Metamorfoz
MetamorfozVaris · Ol Yayıncılık · 201357 okunma
·
189 görüntüleme
Ayşə Əmrahova okurunun profil resmi
Sizin incələmələrinizdə ən azı müəllif qədər axıcı və şirinliyi ilə seçilir ,Vəfa xanım 📚😁🌝
Vəfa Hafiz okurunun profil resmi
☺💙Çooox təşəkkür edirəm, Xanım Mavi.😍💙🌸 Fikirlərin dəyərlidir. Belə düşünürsənsə, nə xoş mənə. 😍🌹
Elza okurunun profil resmi
Həmişəki kimi gözəl inceleme 🤌🏻🌼
Ayşə Əmrahova okurunun profil resmi
Təşəkkürlər 🌷
Vəfa Hafiz okurunun profil resmi
Mən təşəkkür edirəm.🥰💕
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.