Qələmini sevdiyim yazarın psixoloji detektiv romanı. Detektiv sevməyən biri olaraq psixoloji tərəfinə daha çox fokuslandım bu kitabda. Açığı yazıçının digər əsərlərinin yanında bu kitab bir qədər zəif qaldı. Ümümi olaraq insanın üzərində yaxşı təəssüratlar yaradır deyə bilərəm. Yazıçının sevdiyim bir tərəfi kitabda keçən məkanları tam təfərrüatı ilə əks etdirməsidir. Bu kitabdakı hadisələr İrlandiyada baş verir. Yazıçı İrlandiyanın qədim tarixindən, abidələrindən, inanclarından, əfsanələrindən geniş bəhs edərək bizi həmin məkana səyahətə aparır. Kitabın mövzusu haqqında yazmaq istəmirəm çünki spoiler vermə ehtimal çoxdur ;) Kitabın psixoloji tərəfinə gəlsək kifayət qədər insana təsir edib düşündürür. Özünlə bağlı bir götür qoy etməyə, düşünməyə vadar edir. Hətta səhvlərini analiz etməyə kömək edir deyə bilərəm.
Özüm üçün kiçik bir qeyd: Şon Onil obrazının özünübəyənmişliyi, özündənrazılığı mənə birini xatırlatdı :))